“Qarabağ”ın ikinci rəqibi də müəyyənləşdi

“Qarabağ”ın ikinci rəqibi də müəyyənləşdi
ÖLKƏ FUTBOLU 7 İyun 2016 / 14:40 6698
-  A +

"Qarabağ"ın Avstriyada keçirəcəyi təlim-məşq toplanışında yoldaşlıq görüşü keçirəcəyi ikinci rəqibi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Rusiyanın “Rostov” klubu ilə qarşılaşacaq.

Görüş iyunun 28-də keçiriləcək.

Qeyd edək ki, Qurban Berdıyevin çalışdırdığı “Rostov” ötən mövsümü ikinci pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, “Qarabağ” ilk yoxlama  oyununda Avstriya təmsilçisi "Vakker" klubu ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə