“Bakı”nın yeni transferlərindən olan Adnan Bərəkət Azərbaycan mətbuatına ilk müsahibəsini Qol.Az saytına verib.
- Başlayaq, “Vaxş”la oyundan. “Birlik Kuboku”ndakı ilk qarşılaşma barədə nə deyə bilərsən?
- Oyun bizim üçün çox yaxşı keçdi. İlk oyunlar hər zaman bir qədər çətin alınır. Amma biz ciddi bir problemlə qarşılaşmadıq. Gözəl oyun sərgiləyərək, layiqli qələbə qazandıq. Təbii ki, buna görə də çox sevinirəm.
- Bu, həm də sənin “Bakı”nın heyətində ilk rəsmi oyunun idi...
- Hə, elədir. Düzdür, artıq “Bakı”nın heyətində bunacan iki dəfə meydana çıxmışdım. Amma istənilən halda yoxlama oyunuyla rəsmi qarşılaşmanı müqayisə etmək olmaz. Meydanda cəmi 30 dəqiqə olsam da, komandamın uğuru üçün əlimdən gələni etdim.
- Meydanda olduğun müddətdəki çıxışını necə qiymətləndirə bilərsən?
- Nə yaxşı, nə də pis. Məncə normal oynadım.
- “Vaxş”la matçda baş məşqçi Bülənt Qorxmaz bir çox aparıcı futbolçulara, eləcə də sənə start heyətində şans vermədi. Necə düşünürsən, bugünkü matçda forma geyəcəksən?
- Bunu məndən yox, baş məşqçimizdən soruşsanız, daha yaxşı olar. Bununla belə mən “Bakı”ya oynamaq, komandama fayda vermək üçün gəlmişəm. Əgər Bülənt Qorxmaz mənə “HİK”lə qarşılaşmada ilk dəqiqələrdən şans versə, buna çox sevinərəm. “Vaxş”la oyunda ehtiyatda qalacağımı normal qarşıladım. Çünki komandada yeniyəm və zamana ehtiyac duyuram. Baş məşqçimizin də qərarına hörmətlə yanaşıram.
- “HİK”lə qarşılaşmanın ilk oyunla müqayisədə daha çətin keçəcəyi şübhə doğurmur. Səncə, “Bakı” qələbə seriyasını davam etdirə biləcək?
- Həqiqətən də Finlandiya çempionunu “Vaxş”la müqayisə etmək olmaz. Bugünkü rəqibimiz daha güclüdür. Amma bizim zəif olduğumuzu və onlardan hansısa cəhətdən geri qaldığımızı da kimsə söyləyə bilməz. Bugünkü oyunda yalnız və yalnız qələbə üçün oynayacağıq. İstəyimizə çatacağımıza da inanıram.
- Necə düşünürsən, “Bakı”nın heyətində qatıldığın ilk turnirdəcə qalib ola biləcəksən?
- Bizim məqsədimiz də elə budur. Moskvaya məhz kuboku qazanmaq üçün gəlmişik. Heyətimizdə yaxşı futbolçular var. Komandamızın mübarizə əzminə söz ola bilməz. Tək mən yox, bütün komanda məhz kuboku qazanmaq üçün əlindən gələni edəcək.
- Ümumiyyətlə, meydançanın ot örtüyünün süni olması oyununa hər hansı dərəcədə təsir göstərir?
- “Vaxş”la oynadığımız meydançanın vəziyyəti çox bərbad idi. Düzdür, süni örtüklü meydançalara indi dünyanın müxtəlif ölkələrində rast gəlmək olar. Amma biz sanki asfaltda mübarizə aparırdıq. Yaxşı ki, bu stadionda daha oynamayacağıq.
- Deyilənə görə, süni örtüklü meydançalarda futbolçunun zədə almaq ehtimalı daha çoxdur.
- Bu həqiqətən də belədir. Adi bir epizodda yerə yıxılanda daha böyük ağrı hiss edirsən. Bu cür meydanda oynamaq da çətindir. Əgər ot örtüyü təbii yox, sünidirsə, o zaman gərək 90 dəqiqə ərzində bir an belə olsa dayanmayasan. Bütün 90 dəqiqəni “işləyəsən”.
- “Bakı”da yeni futbolçulardan birisən. Komandan haqda nə deyə bilərsən?
- Yalnız və yalnız yaxşı sözlər. “Bakı” qarşısına böyük hədəflər, Avropada oynamaq vəzifəsi qoyub. Mən də bunun daha tez baş verməsi üçün bacardığımı əsirgəməyəcəm. Klubun prezidenti Hafiz Məmmədov da futbolu sevən bir şəxsdir. O komandanın uğur qazanması üçün hər cür şərait yaradıb. İndi qalır yalnız bunun qarşılığını vermək.
- Uzun illər Hollandiya çempionatında forma geymisən. Son klubun “Den Boş”da hətta kapitan sarğısını da daşımısan. “Bakı”ya gəlişinin bir qədər sürpriz hesab olundu. Çünki sənin kimi zəngin karyeraya malik futbolçular ölkəmizə adətən karyeralarının qürub çağında gəlirlər...
- Düzdür, istəsəydim Hollandiyada da qala bilərdim. Amma “Bakı”dan təklif alınca komandayla yaxından tanış oldum. Gördüm ki, insanlar burada böyük işlər görmək istəyirlər. O səbəbdən də razılığımı verdim.
- Bu sualı əbəs yerə vermədim. Çünki “Bakı”nın prezidenti Hafiz Məmmədov bir müddət əvvəl saytımıza verdiyi müsahibədə sənin adını çəkməsə də, belə bir fikir səsləndirmişdi ki, “Hollandiyadan bir oyunçuyla maraqlanırıq. Onun təklifimizi qəbul edəcəyinə inamımız az idi. Amma o dedi ki, əgər Türkiyə futbolunun kralı bura gəlibsə, mən niyə gəlməyim?”
- Mən düz demişəm də. İndi də təkrarlayıram. Mənim Bülənt Qorxmazdan, İstanbulun kralından nəyim artıqdır ki? O gələndən sonra biz niyə gəlməyək? Onun rəhbərliyi altında oynamaq da çox xoşdur. Çünki Qorxmazın necə bir futbolçu olması bütün dünyaya məlumdur.
- Hollandiya ilə Azərbaycan futbolu arasında olan fərqi soruşmayacağam. Aydın məsələdir ki, indiki halda bizim futbolumuz onlardan daha geridə qalır. Mən məsələnin maddi tərəfi barədə soruşmaq istəyirəm. Azərbaycanda alacağın pulla Hollandiyada qazandığın məbləğ arasındakı fərq böyükdür?
- Yox, heç bir fərq yoxdur. Demək olar ki, elə eynidir. Avro ki var, çox dəyərli şeydir (gülür). Amma mən buranı pula görə seçməmişəm. Məqsədim futbola bu cür himayə ayıran, can yandıran insanlara faydalı olmaqdır.
- Adətən bu sualı müsahibənin əvvəlində verirlər. Amma söhbətimiz elə alındı ki, sonda soruşmalı oldum. “Bakı”ya gələnədək futbolumuz haqda hansı məlumatların var idi?
- Yalan nə deyim? Heç nə bilmirdim. Amma təklif aldıqdan sonra google-da, youtube-də bir çox məlumatlar topladım. Həm ölkəniz, həm də futbolunuz haqda. Gördüklərim isə təbii ki, məni məmnun etdi.
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa