Bakının «Neftçi» klubunun türkiyəli müdafiəçisi Suat Ustayla budəfəki söhbətimizdə istədiyimiz sualların hamısına cavab ala bilmədik. Daha doğrusu, Suat komanda rəhbərliyinin icazəsi olmadığı üçün «Neftçi»ylə bağlı suallara cavab vermədi. Bununla belə, onun son vaxtlar Azərbaycan futbolunda baş verən önəmli olaya münasibətini öyrənə bildik.
-Suat, son zamanlar Azərbaycan idman mətbuatının gündəmindəki əsas mövzu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transferidir. Sən “Neftçi”nin heyətində bu futbolçuya qarşı bir neçə dəfə çıxış etmisən. Vaqiflə bağlı fikirlərin necədir?
-Hər futbolçunun mənfi və müsbət cəhətləri var. Vaqif futbolçu kimi bəzi çatışmazlıqları “Tvente”də bir müddət çıxış edəndən sonra düzəldəcək. Cavadovun Hollandiyaya yollanması həm onun özü, həm də Azərbaycan futbolu üçün böyük bir hadisədir. Vaqif oraya yollanmaqla Hollandiya futbolunu, sistemini dərindən öyrənəcək. İnşallah, onun transferi hamımız üçün faydalı olacaq. Bununla belə, Vaqif durmadan öz üzərində çalışmalıdır. Çünki Avropa futbolu tam başqadır. Vaqif üçün ilk öncələr çox çətin olacaq. “Tvente”nin baş məşqçisi Stiv Maklaren də deyib ki, Vaqifin bu mövsüm meydanda olduğu hər dəqiqə bizim üçün xeyirdir. Onsuz da hollandlar «Vaqifi alıb birbaşa ulduz edəcəyik» deməyiblər. Vaqifdəki perspektivi görüb, onunla bağlı planlarını gələcək üçün qurublar. Əslində bu, Vaqif üçün yaxşı bir haldır. Çünki ilk aylarda Vaqifin üzərində təzyiq olmayacaq. Baş məşqçi ona zaman verəcək ki, bu da Vaqifin özünü göstərməsi baxımından yaxşı bir haldır.
- Sən Hollandiya futboluna bələdsən. Hollandiyada çıxış etmisən. Səncə, Vaqif “Tvente”də əsas heyətdə yerini möhkəmlədə biləcək?
- Bilirsiniz, Hollandiyada hazır futbolçunu heç vaxt almırlar. Çünki onların uşaq futbolu həddindən artıq güclüdür. Onlar Vaqifin oyununu izləyiblər, indi fikirləşirlər ki, bu adam gələcəkdə bizə nə verə bilər. Belə deyim, onlar Vaqifi xammal kimi alıblar. Onun əyri-əskiklərini düzəldərək bir müddət sonra brillant kimi baha qiymətə satacaqlar.
- Yəni deyirsən ki, Vaqif rahatlıqla “Tvente”də oynaya bilər?
- Oynaya bilər. Niyə də oynamasın? Sadəcə ona zaman lazımdır. Yavaş-yavaş hər şey öz yoluna düşəcək.
- Vaqiflə bərabər hansı futbolçumuzu xaricdə oynamağa layiq görürsən?
- Komanda yoldaşım Ruslan Abışovu. Ümumiyyətlə, futbolda hər zaman hücumçular ön planda olurlar. Bu, reallıqdır. Vaqiflə bərabər Ruslan da xaricdə çıxış edə bilər. Mənim gözümdə Ruslan Azərbaycanın ən güclü futbolçularından biridir. Onun xaricə yollanması hamımız üçün faydalı ola bilər. Ruslan solayaq müdafiəçidir və bu futbolda çox az halda rast gəlinən bir tipdir. Əgər Ruslan özünü inkişaf etdirə bilsə, çox böyük futbolçu ola bilər.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…