"Səmimi deyirəm: "Xəzər Lənkəran"ın I diviziona enəcəyi halda, bunu çox pis qarşılayaram".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O bildirib ki, Lənkəran komandası Premyer Liqaya gəldiyi gündən çempionata maraq yaradıb:
"Hansısa komanda Premyer Liqadan düşsəydi, mənə təsir etməzdi, nəinki "Xəzər Lənkəran. Çünki bu komanda gəldiyi gündən Premyer Liqaya maraq yaradıb. Getməyinə üzülərəm. Mayın 20-də "Xəzər Lənkəran"ın "Rəvan"la səfər oyunu var. Hansısa komandanın udub-uduzmasını mən təşkil etmirəm. Onu özləri təşkil edirlər. "Xəzər Lənkəran" "Sumqayıt"ı udurdu, hesabı qoruya bilərdi. Bəlkə gücünü "Rəvan"la oyuna saxladı? "Rəvan" "Qarabağ"ı necə udubsa, bacarığı, imkanı varsa, "Xəzər Lənkəran"ı da udsun. Mən buna heç nə edə bilmərəm. Lakin bir futbol adamı kimi "Xəzər Lənkəran"ın I Diviziona düşməsinə üzülərəm. Bu, mənim şəxsi münasibətimdir".
Qeyd edək ki, "Xəzər Lənkəran" XXXV turdan sonra 14 xalla sonuncu pillədədir. Klub sonuncu pillədən qurtulmaq üçün axırıncı turda "Rəvan"ı yenməlidir.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu