"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Qol.az sportnet.az-a istinadən xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyuna çox yaxşı başladıq. Amma sonradan hər şey kəllə-mayallaq getdi. Düşünürəm ki, futbolçularımız çox yorulub. Bunu "Xəzər Lənkəran"la oyunun ikinci hissəsində də gördük. Amma hələ də şansımız var. Nə yaxşı ki, bir oyunumuz qalıb. Xeyli zədəlilərimiz var. Zurab Xizanişvili yoxdu, Elnur Abdullayev əla formada idi. Amma o da sıradan çıxıb. Zədəlilər olmasaydı, ehtiyat oyunçular skamyasında belə problemlərimiz olmazdı".
Z.Svanadze qapıçı Georgi Lomayanın gələcək karyerası haqda da danışıb: "Son oyunlarda çıxardığı penaltilərlə nə qədər komandamıza faydalı isim olduğunu gördünüz. Qoyun mövsüm bitsin, sonrasını müzakirə edərik. Ümumilikdə isə, komandanı gəncləşdirmək lazımdır".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu