Premyer Liqanın 35-ci turunda keçirilən "Zirə" - "Kəpəz" (2:2) matçından sonra qonaqların baş məşqçisi Şahin Dİniyev mətbuat konfransında jurnalistlərin suallarını cavablanırıb.
Qol.az sportal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis deyib:
- "Zirə"ni gümüş medal qazanmasına görə təbrik edirəm. Onlara ugurlar azulayıram. Layiq olduları mükafata sahib çixdılar. Ebahın və Namiq Ələsgərovun zədələnməsi bizə zərbə oldu. Futbolda yazılmayan qanun işə düşdü. Vurmayana vurarlar. Amma bir xalı da pis nəticə hesab etmirəm. Biz iddialı komandayıq. Mövsüm başlayandan 5-6-cı pillədən aşağı düşməmişik. Futbolçularıma təşəkkür etdim.
- Hesabı qoruyub saxlamağınıza nə çatmadı?
- Müdafiədə soyuqqanlığımız çatmadı. Tərlan Quliyevin yoxluğu da öz sözünü dedi. Bu mövsüm biz yalnız “Qarabağ”ın qarşısında aciz qalmışdıq.
- Futbolçular tez-tez yıxılırdı. Bunu yorğunluqla, yoxsa meydanın vəziyyətilə əlaqələndirək?
- Həm meydan, həm də yorgunluqla.
- Avrokuboklar üçün heyəti gücləndirəcəksiniz?
- Heyətdən 6 futbolçu göndəriləcək. Mən ulduz futbolçu almaq istəmirəm. Ulduz olmaq istəyən futbolçunu transfer etmək istəyirəm. Həmin futbolçular da yeni mövsüm milliyə dəvət alacaqlar.
- Avrokuboklarda hansı ölkənin klubları ilə qarşılaşmaq istərdiniz?
- Top-5 ölkənin klubları ilə üzləşmək istəməzdik. Daha çox Şərqi Avropa ölkələrinin klubları olsaydı, yaxşı olardı.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı