"Barsa" Neymarın qiymətini 220 milyon avroya yüksəldir

"Barsa" Neymarın qiymətini 220 milyon avroya yüksəldir
DÜNYA FUTBOLU 10 May 2016 / 11:16 6074
-  A +

"Barselona" futbolçusu Neymarla müqaviləni yeniləmək üçün danışıqları davam etdirir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu braziliyalı hücumçu ilə müqaviləni 2021-ci ilə qədər uzatmağı planlaşdırır. "Barsa" yeni sözləşmə ilə Neymarın təzminat qiymətinin 190 milyondan 220 milyona qaldırmağı düşünür.

Bu isə o deməkdir ki, Neymar Lionel Messidən sonra Kataloniya təmsilçisində ən bahalı ikinci futbolçu olacaq.

Qeyd edək ki, L.Messinin təzminat qiyməti 250 milyon avro təşkil edir.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner