"Barselona"da Vermalen sevinci

"Barselona"da Vermalen sevinci
XƏBƏR 9 May 2016 / 18:04 6239
-  A +

"Barselona"nın müdafiəçisi Tomas Vermalen zədəsini sağaldıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın məşqlərinə qatılan belçikalı futbolçu meydana çıxmağa hazırdır.

Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike şans verəcəyi təqdirdə Vermalen La Liqada "Qranada", İspaniya kubokunun finalında isə "Sevilya" ilə görüşdə oynayacaq.

Qeyd edək ki, Vermalen "Barselona"nın heyətində sonuncu dəfə martın 12-də, "Hetafe" ilə keçirilən görüşdə (6:0) meydana çıxıb.

Daha çox


Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner