Topaz Premyer Liqasının 33-cü turu iki ilklə əlamətdar olub.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionat tarixində ilk dəfə oyunlardan biri “Əlincə Arena”da keçirilib.
Masazırdakı stadion cari mövsümdə Premyer Liqa matçını qəbul edib. “Neftçi” – AZAL matçının (3:1) qarşılaşmasının keçirildiyi arena bu mövsüm çempionatda istifadə olunan 13-cü stadiondur. 33 turun 165 matçında daha çox qarşılaşma “İnter Arena”da keçirilib – 19. Qəbələ şəhər stadionu, “Xəzər Lənkəran” mərkəzi stadionu və “Bayıl Arena”nın hərəsi 17, Zirə idman Kompleksi, Gəncə şəhər stadionu hərəsi 16, Sumqayıt şəhər arenası 15 matçı qəbul edib. 8-ci km qəsəbə stadionu və “AZAL Arena” hərəyə 14, “Azərsun Arena” 13 matça ev sahibliyi edibsə, “Dalğa Arena”da 4, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 2, “Əlincə Arena”da 1 qarşılaşma baş tutub.
“Qarabağ”ın “Sumqayıt”la görüşünü (1:0) idarə edən Rövşən Rəcəbov da Premyer Liqada debüt edib. Karyerasında ilk belə matça çıxan gənc ədalət təmsilçisi cari mövsüm çempionat oyunu idarə edən 11-ci hakimdir. Əvvəlki 32 turda yalnız 10 referiyə Topaz Premyer Liqanın matçı həvalə edilib. 165 görüşdə Rəhim Həsənov hamıdan çox – 24 oyun idarə edib. Ömər Paşayev 21, Əliyar Ağayev 20, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 17, Orxan Məmmədov 16, Ramil Diniyev 14, Elvin Əsgərov 13, Rəvan Həmzəzadə 12, İnqilab Məmmədov 10, Rövşən Rəcəbov 1 matçın baş hakimi olub.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi