AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 33-cü turunda "Neftçi" ilə səfər matçından (1:3) sonra mətbuat konfransı keçirib.
- Hərdən sözün bitdiyi an olur. Bu gün söz tapa bilmirəm. Gözləmədiyim bir oyun, bir durumdur. Uduzmağı da bacarmaq lazımdır. Sadə səhvlər üzündən qollar buraxdıq. Artıq 3-cü oyundur ki, bərbad çıxış edirik. Bəlkə də Avropa Liqasına vəsiqə şansları ilə əlaqədar təzyiq var. Amma futboldur. Futbolçular əziyyət çəkdilər. Uduzsalar da, bunun yükünü bilirəm. "Kəpəz"lə oyundan sonra qol vurmaq, hücum xəttində problemimiz yaranıb. Keçənə güzəşt deyərlər. "Zirə" ilə oyunda 3 xal lazım olacaq ki, işimizi düzəldək.
- Deyəsən, bu gün "Neftçi" rəsmilərindən heç kim arxanızca danışmamışdı?
- Arxamca heç kim danışmamışdı. O söhbət Samir Əliyev baş məşqçi olanda çıxmışdı. Əvvəlcə Samir haqda, sonra isə AZAL haqda demişdi. Mən o sözü yedizdirmək üçün alışıb yanırdım. İşlədiyim komandalar haqda danışmaq düzgün deyil. Bu gün "Neftçi" kubokda finala çıxıbsa, deməli, qarşılarında məqsəd var. Rəqibin hücum futbolu oynayacağını gözləmirdim. Sırf öz səhvlərimizdən qollar buraxdıq. Mövsümün əvvəllərində çempionatda qalmağı düşünəndə sərbəstlik var idi. Amma Avroliqa söhbəti çıxandan təzyiq var.
- Murad Səttarlını meydana sonradan buraxmağınız nə ilə bağlı idi?
- Səttarlı 3 gündür məşqlərə qoşulub. Amma hazırkı fiziki durumu tam oynamağa imkan vermir. Ona görə ikinci hissədə meydana buraxdım. Qarşıdakı oyunlarda yenə 11-likdə olacaq.
Mənbə: sportnet.az
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi