Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya Təsnifat Turniri keçirilir.
Qol.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək.
İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Bu gün Azərbaycan təmsilçilərindən Rəsul Çunayev və Şalva Qadabadze yarışır.
66 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gəlib. Rəqibini 19 saniyədə məğlub edən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionumuz 1/8 finala yüksəlib. Bu mərhələdə belaruslu Pavel Liaxa 9:7 hesabı ilə qalib gələn Çunayev 1/4 finala adlayıb. O, yarımfinala yüksəlmək uğrunda görüşdə polşalı David Kareçinski ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdən 6:1 hesabı ilə qalib ayrılan Çunayev yarımfinala vəsiqə qazanıb.
Güləşçimiz finala gedən yolda erməni əsilli Fransa idmançısı Artak Marqaryanla üz-üzə gəlib. Çunayevə finala çıxmaq üçün cəmi 68 saniyə kifayət edib. Rəqibinə 8:0 qalib gələn idmançımız adını finala yazdırmaqla yanaşı, Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Çunayev finalda qırğızıstanlı Ruslan Tsarevlə güləşib. Bu görüşdən də 6:0 hesabı ilə qalib ayrılan Çunayev turnirin qızıl medallarına yiyələnib.
Digər təmsilçisimiz Şalva Qadabadze mübarizəyə 1/8 finaldan qoşulacaq. 98 kq çəki dərəcəsində yarışan Qadabadze ilk görüşündə avstriyalı Daniel Qastla üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finala adlayıb. O, burada norveçli Feliks Baldaufla güləşəcək.
Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi