Ötən gün ölkəmizdə 17 yaşa qədər futbolçular arasında Avropa çempionatı start götürüb.
Qol.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionat və iştirakçılar barədə müxtəlif yazılar hazırlayan Avropanın ali futbol qurumunun – UEFA-nın rəsmi səhifəsi bu dəfə turnirin diqqət çəkən futbolçularından bəhs edib.
“Çempionatda izləmək üçün 16 futbolçu” başlıqlı yazıda turnirdə çıxış edəcək 16 komandanın ən vacib bir futbolçusunun adına yer verilib və adıçəkilən futbolçunun özəllikləri sadalanıb. Azərbaycan milli komandasından sözügedən siyahıya “Qəbələ” Futbol Akademiyasının yetirməsi Fərid Nəbiyevin adı salınıb. Nəbiyev haqda bu sözlərə yer verilib:
“Nəbiyev meydançanı yaxşı görmək qabiliyyətinə malik hücumameylli yarımmüdafiəçidir. “Qəbələ”nin futbolçusu driblinq edə və hər iki ayağı ilə zərbə vura bilir. O, başla da yaxşı oynayır. Nəbiyev künc zərbələrinin və cərimə zərbələrinin yerinə yetirilməsində də əsas rol oynayır”.
Siyahıda digər komadalardan aşağıdakı futbolçuların adları sadalanıb:
A qrupu
Azərbaycan – Fərid Nəbiyev (“Qəbələ”)
Belçika – Mayl Svilar (“Anderlext”)
Portuqaliya – Xose Qomez (“Benfika”)
Şotlandiya – Liam Bart (“Reyncers”)
B qrupu
Avstriya – Romano Şmit (“Şturm” Qraz)
Bosniya və Hersoqovina – Nedim Hadziç (“Sarayevo”)
Almaniya - Renat Dadaşov (“Leypsiq”)
Ukrayna – Sergey Buletsa (“Dinamo” Kiyev)
C qrupu
Danimarka – Yens Odgaard (“Linqbi”)
İngiltərə - Reyss Nelson (“Arsenal”)
Fransa – Alban Lafont (“Tuluza”) – Qapıçı mövqeyində çıxış edən Lafont Fransada – Liqa 1-də forma geyən ən gənc qapıçı kimi tarixə düşüb. O, 2015-ci ilin noyabr ayında 16 yaş 310 günlüyündə “Nitsa”ya qarşı meydançaya çıxıb.
İsveç – Jozef Kolley (“Çelsi” İngiltərə) – Perspektiv vəd edən müdafiəçi 2015-ci ilin iyul ayında “Çelsi” ilə müqaviləyə imza atıb.
D Qrupu
İtaliya – Mois Kin (“Yuventus”)
Hollandiya – Tahit Çonq (“Feyenoord”)
Serbiya – Deyan Yoveliç (“Srvena Zvezda”)
İspaniya - Oriol Buskets (“Barselona”)
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi