Ronaldonun 17-ci yarımfinalı

Ronaldonun 17-ci yarımfinalı
DÜNYA FUTBOLU 6 May 2016 / 00:01 5885
-  A +

"Real"ın hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, zədə səbəbindən Çempionlar Liqasında yarımfinal mərhələsinin "Mançester Siti" ilə ilk görüşündə iştirak etməyən portuqaliyalı futbolçu cavab matçında meydana çıxıb.

Bu, 31 yaşlı futbolçunun karyerasında 17-ci yarımfinal matçı olub. Ronaldo bu göstəricidə "Bavariya"nın və İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso ilə yarışır. Alonso da Ronaldo kimi 17 dəfə Çempionlar Liqasının yarımfinalında oynayıb. Lakin Alonsodan fərqli olaraq Ronaldonun komandası finala adlayıb. "Kral klubu" finalda elə "Bavariya"nı mübarizədən kənarlaşdıran "Atletiko" ilə qarşılaşacaq.

Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasında 11 oyun keçirən Ronaldo 16 qol vurub və 4 məhsuldar ötürmə verib.

Son xəbərlər
topaz banner