Topaz Premyer Liqada ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın “Qarabağ” klubu kubokda da eyni nailiyyətə imza atıb.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası özünün Azərbaycan kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub.
İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən “ağ-göylər” 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atıb. Bu seriya 1995-ci ilə təsadüf edib. 1994/1995 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/1996 mövsümünə 5 qələbə ilə başlayıb. 21 ildən sonra həmin rekordu təkrarlayan “Qarabağ” cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.
Əyalət klubu seriyasına 2014/2015 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” cari kubok turnirinə “Şəmkir”lə 1/8 final oyunu ilə başlayıb – 2:0. 1/4 finalda “Sumqayıt”ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar yarımfinalda “İnter”i 2 dəfə məğlub edib – 4:0, 1:0. “Ağ-göylər”in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. “Simurq”la cavab oyununda qapılara qol vurulmayıb.
Qeyd edək ki, ölkə kubokunda ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1993-1995-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi