“Qarabağ”ın sabiq oyunçusundan Hollandiyada daha bir qol

“Qarabağ”ın sabiq oyunçusundan Hollandiyada daha bir qol
DÜNYA FUTBOLU 1 May 2016 / 18:40 6523
-  A +

“Qarabağ”ın sabiq oyunçusu Raydel Puppon Hollandiya çempionatında növbəti qolunu vurub.

Qol.az-ın xəbərinə görə, 33-cü turun bu gün “Nijmegen”ə qarşı keçirilən səfər oyununda Pupponun komandası “Roda” rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qonaqların qələbə qolunu 47-ci dəqiqədə məhz Puppon vurub. Bu, onun hazırkı çempionatda 4-cü qolu olub.

Bu qələbə sayəsində xalını 34-ə yüksəldən “Roda” 14-cü yeri tutur.


Son xəbərlər
topaz banner