Vəli Qasımov: “Komandada inam itib”

Vəli Qasımov: “Komandada inam itib”
XƏBƏR 1 May 2016 / 18:31 3359
-  A +

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov bu gün Topaz Premyer Liqada “Qəbələ”yə qarşı keçirilən oyunu şərh edib.

Qol.az-ın xəbərinə görə, “CBC Sport”a müsahibəsində o, futbolçularından razılığını bildirib.

“Uşaqlar yaxşı oynadılar. İstəkli idilər. Amma onu da deməliyəm ki, turnir cədvəlində 7-ci yerdə olduğundan komandada inam itib”.

O həmçinin qeyd edib ki, “Neftçi” Avroliqaya düşmək üçün əlindən gələni edəcək: “Çalışacağıq ki, kubokda “Qəbələ”ni keçib finala çıxaq”.

Daha çox


Son xəbərlər
topaz banner