"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu adına yiyələnib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Hüseynqulu Quliyevin baş məşqçi olduğu komanda çempionat başa çatmamış 1-ci yeri təmin edən U-15, U-16 və əvəzedicilərin ardından kluba mövsümdə 4-cü çempionluğu qazandırıb.
U-14 komandasının Bakcell Elit Kubokunu da qazandığını nəzərə alsaq, U-19-un çempion olması ilə mövsümdə 5-ci titul əldə edilib.
"Qırmızı-qaralar” çempion tituluna XVII turdan təxirə salınan "Neftçi” ilə ev oyununda sahib çıxıb. 4:0 hesabı ilə qalib gələn komanda 19 oyundan sonra xal hesabını 52-yə çatdırıb. Bununla da "Qəbələ” "Zirə”ni arxada qoyaraq, liderliyi ələ alıb. Quliyevin komandası son tur öncəsi izləyicisindən 2 xal öndə olsa da, "Bakı” ilə baş tutmayan görüşə görə İntizam Komitəsi tərəfindən texniki qələbə alacağından, üstünlüyü 5 xala qədər artacaq. Bu isə son tur və təxirə salınan digər matçın nəticəsindən asılı olmayaraq I yerin taleyinə aydınlıq gətirib. Qızıl medalları təmin edən komanda mövsümün son matçlarına çempion kimi çıxacaq.
U-19 qızıl medallarla yanaşı, avrokuboklara vəsiqəni də təmin edib. Belə ki, ötən ildən etibarən bu yaş qrupu üzrə Azərbaycan çempionu UEFA Gənclər Liqasının "Çempionlar yolu”nda çıxış etmək hüququ qazanır.
Qeyd edək ki, ki, "Qəbələ” 2012/2013 mövsümündən keçirilən U-19 Liqasının daimi mükafatçısıdır. İlk yarışın qalibi olan "qırmızı-qaralar” 2013/2014 mövsümündə gümüş, 2014/2015 mövsümündə qızıl medal qazanıb. "Qəbələ" bu yarışda həm ikiqat çempion, həm də dördqat mükafatçı olan yeganə klubdur.
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir