Azərbaycan milli komandasının və «Qarabağ»ın gənc müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- Milliyyətcə rus olsan da, Azərbaycan dilini və himnini mükəmməl şəkildə bilirsən. Himnimizi ürəkdən oxumağın diqqətdən yayınmayıb. Gəl elə müsahibəyə də bundan başlayaq. Milliyyətcə rus olan Maksim Medvedyevi Azərbaycana bu qədər bağlayan nədir?
- Burda təəccüblü bir şey görmürəm. Mən özüm Azərbaycanda, Bakıda doğulmuşam. Dostlarımın hamısı azərbaycanlıdır, ən xoş günlərim Bakıda keçib. Mən Bakını çox sevirəm, onu özümə doğma bilirəm. Uzun müddət Bakıdan kənarda yaşamağı heç təsəvvürümə gətirə bilmirəm.
- Yəni sənə azərbaycanlılaşmış rus demək olar?
- Yəqin ki… Müsəlmanların bayramlarında mən dostlarımı, bizim bayramlarda isə onlar məni təbrik edirlər. Mən bəlkə də dünyada az-az ruslardanam ki, həm müsəlmanların, həm də xristianların bayramlarını qeyd edirəm. Qurban bayramı, Ramazan bayramı, Novruz bayramı günlərində dostlarıma zəng vurub onları təbrik edirəm. Xristianlar üçün əlamətdar bayramlarda isə onlar məndən təbriklərini əsirgəmirlər.
- Sənin futbolçu karyeranda ən unudulmaz oyunlardan biri də yəqin ki, Norveçin «Rusenborq» klubuna qarşı matç oldu. Həmin qarşılaşmanı necə xatırlayırsan?
- Ümumiyyətlə, futbolçu karyeramda mən belə maraqlı oyunların az iştirakçısı olmamışam. Amma «Rusenborq»la Norveçdəki oyun xüsusən yadımda qalıb. Çox çətin oyun oldu. Mən indiyədək heç bir oyunda «Rusenborq»la matçdakı kimi qaçmamışdım. Bu oyuna xüsusi köklənmişdim. Həmin matçda çox işlədim, demək olar ki, 90 dəqiqə dayanmadım. Çalışırdım ki, diqqətli olum, səhv buraxmayım.
- Bilirsən, əslində yuxarıdakı sualı təsadüfən vermədim. Axı, «Rusenborq»la Bakıdakı təkrar oyun Azərbaycan tarixi üçün faciəli günlərdən birinə - 23 iyul - Ağdamın işğalı gününə təsadüf edirdi.
- Mən həmişə o fikirdə olmuşam ki, biz idmanı siyasətə qatmamalıyıq. Amma hər halda belə bir gündə qalib gəlmək bizi ikiqat sevindirdi. Həm də zarafat deyil, «Rusenborq» kimi bir vaxtlar Avropada səs salmış bir komandanı mübarizədən kənarda qoymuşduq. Yadıma gəlir, oyundan sonra bütün qohum-əqrəbam zəng edib məni təbrik edirdi.
- 2009-u sənin üçün düşərli il hesab etmək olar. «Qarabağ»ın tərkibində Azərbaycan kubokunu qazandın, avroliqada iki mərhələ adladınız, daha sonra milli komandaya dəvət edildin. Belə baxanda hər şey sənin üçün yaxşıdır. Qalır, bu il Azərbaycan çempionluğunu bayram etmək…
- Doğrudur. Biz də elə bunun üçün çalışırıq. Mən yeniyetmələr arasında çempion olmuşam. İndi də premyer-liqada çempionluğu əldə etmək arzusundayam. Bir halda ki, əlimizə yaxşı şans düşüb, nəyə görə də ondan istifadə etməyək?!
- Onsuz da səninlə futbol haqda çox danışıblar. Gəl, indi də başqa mövzuda, deyək ki, elə dostun Vaqif Cavadovdan danışaq.
- Vaqiflə mənim münasibətimiz o «Qarabağ»a gələn gündən istiləşməyə başladı. İlk gündən bir otaqda qalırıq. Həm də hər ikimiz gəncik, bir çox məsələdə fikirlərimiz üst-üstə düşür. İndi soruşacaqsınız ki, necə oğlandı? Əgər dostluq edirəmsə, deməli, yaxşı, gözəl insandır. Düzdür, indi Vaqif futbolçu karyerasında zirvəyə doğru gedir, amma o, heç vaxt ulduz xəstəliyinə tutulmayıb. Vaqifi tanıdığım ilk gündən ondan yalnız və yalnız sadəlik görmüşəm. Həmişə ehtiyacı olan insanlara yardım etməyə çalışıb. Bacardığı qədər həm maddi, həm də mənəvi dəstək göstərib. Ürəyi açıq oğlandır, kobud desəm, "krısalığı" yoxdur (gülür…).
- Yəni deyirsən ki, ideal adamdır?
- Yox, mən məgər elə söz dedim? Sadəcə, Vaqifə bir məsləhətim var. Çalışıb, Azərbaycan dilini təmiz öyrənsin (gülür…) Bu bir zarafatdır, indi sizinlə telefonla danışanda dediklərimin hamısını o özü də eşidir. Sizin və mənim kimi o da gülür…
- Yeri gəlmişkən, deyəsən, bu günlərdə Dubaya istirahətə də birgə getmişdiniz.
- Hə. Yeriniz məlum, əla dincəldik. Bakıya dekabrın 31-də qayıtdıq. Yeni ili də bir yerdə qeyd etdik.
- Yəqin ki, «Tvente»yə gedəndən sonra Vaqifsiz həm sənə, həm də komandan «Qarabağ»a çətin olacaq.
- Təbii ki. Vaqif nə qədər gənc olsa da, «Qarabağ»ın liderlərindən biri idi. Çətin anlarda qol vururdu, komandaya böyük faydası dəyirdi. «Tvente»yə gedəndən sonra həm dost, həm də komanda yoldaşı kimi Vaqif üçün darıxacağam.
- Niyə darıxırsan, bəlkə «Tvente» səni də dəvət elədi, elə bir yerdə orda da futbol oynayarsınız…
- (gülür) Qismət… Onsuz da biz də burda qalası deyilik. Yəqin Avropada oynayırıq. Amma indi bizim diqqətimiz Vaqifə yönəlib. Ona böyük inamımız var. Vaqifin «Tvente»yə transferi bizi çox sevindirir.
- Vaqif Cavadov Hollandiyaya, millidəki komanda yoldaşın Mahir Şükürov isə Rusiyada oynamağa gedir. Səncə, indi bizdə legioner həyatı yaşamaq növbəsi kimindir?
- Perspektivli uşaqlar çoxdur. Çoxusu xaricdə oynamağa qadirdir. Amma xarici klublardan dəvət alanda bəzilərinin ya öz klubları ilə problemi olur, ya da razılığa gələ bilmirlər. Şəxsən mən, indi Ruslan Abışovu Avropada oynamağa layiq futbolçu sayıram. Bir-iki ilə komandasının əsl liderinə çevrilə bilər. Təcrübəli və perspektivlidir.
- Elə sənin də təcrübən və perspektivin az deyil.
- Mənə də təkliflər gəlib, həm xaricdən, həm də daxildən.
- Yəqin ki, sən də klub adı çəkməyəcəksən.
- Niyə ad çəkim? Axı mən hələ «Qarabağ»ın oyunçusuyam. Yerli klublardan dəvətlər onsuz da lap əvvəldən var idi. Ötən il «Qarabağ»ın uğurlu çıxışlarından sonra xaricdən gələn təkliflərin sayı da artmağa başladı.
- Deməli, sən də yol üstəsən.
- Yox, heç yana getmirəm. Daha doğrusu, hələ «Qarabağ»la bir illik müqaviləm var. Müqaviləm bitəndən sonra çox güman ki, «Qarabağ»dan gedəcəyəm.
- Səni də, oxucunu da çox yormadan bir sual verərək müsahibəni yekunlaşdıraq. Müsahibəyə başlayanda dediyim kimi, Azərbaycana, deməli, həm də bir müsəlman ölkəsinə bu qədər sevgin var. Komandanızda futbolçuların çoxusu Allaha səcdə edir, namaz qılır. Təsadüfən, sən də futbolçular arasında bir yenilik edib müsəlman dinini qəbul etmək fikrində deyilsən?
- Mən necə doğulmuşamsa, elə də qalacağam. Bizim futbolçuların Allaha inanmaları, ibadət etmələri xoş, ürəkaçan bir hadisədir. Əsas odur ki, içimizdə həmişə Allaha sevgi olub.
- O zaman Allah həmişə yardımçınız olsun.
- Təşəkkür edirəm, sizin də.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır