"Neftçi"nin baş məşqçisi Yuri Vernidub DÇ-2026 ilə bağlı gözləntilərini bölüşüb.
QOL.az xəbər verir ki, Ukrayna mətbuatına danışan təcrübəli baş məşqçi Fransa yığmasını fərqləndirərək bu komandanı əsas favoritlərdən hesab etdiyini vurğulayıb:
"Fikrimcə, hazırda ən güclü heyət Fransa yığmasındadır. Digərlərinə gəlincə, İspaniya gənc və istedadlı futbolçulardan qurulmuş çox maraqlı komandadır. Argentina isə son dünya çempionu statusu ilə güclü rəqib mövqeyini qoruyub saxlayır".
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Ötən dünya çempionatında yarımfinala qədər irəliləyən Mərakeş hər kəsi təəccübləndirmişdi. İndi favorit olmayanlar arasında bu cür performans sərgiləyəcək komanda görürsünüzmü?
- Danimarka yığması bu təsiri bağışlayır, eləcə də bu yaxınlarda bizə məğlub olan (0:2) Polşa seçməsi mərhələnin sonunda özünü pis göstərmədi. Lakin bu komandalar mundialda iştirak etməyəcəklər. Ümumilikdə Skandinaviya yığmaları, istər İsveç olsun, istərsə də Norveç həmişə çətin rəqib olublar. Onlar çox möhkəm və maraqlı komandalardır. Buna görə də, onların kifayət qədər yaxşı şansları var.
- Qrupdan çıxa bilməyəcək və ya erkən mərhələdə mübarizəni dayandıraraq ümidləri doğrultmayacaq yığmalarla bağlı hər hansı ehtimalınız varmı?
- Açığı, bunu demək çətindir və heç təxmin etmək də istəmirəm. Mənə elə gəlir ki, çempionata gələn hər bir komanda çox yaxşı hazırlaşacaq və ən yüksək yerlər uğrunda mübarizə aparacaq. Buna görə də kiminsə uğursuzluğa düçar olacağını proqnozlaşdırmaq asan deyil.
- Sizcə, turnirin ən yaxşı bombardiri kim ola bilər? Bu siyahıda gənclər, yoxsa təcrübəli oyunçular yer alacaq?
- Bu da asan sual deyil. Ola bilsin ki, Usman Dembele. Məncə, o, buna layiqdir. Şəxsən mənim bu futbolçudan çox xoşum gəlir. Maykl Olise də əsas namizədlərdən biridir. Lamine Yamala gəlincə, o da fərqlənə bilər. Çox maraqlı gənc oyunçudur. Bəli, son vaxtlar bəlkə də hər şey onun üçün ideal getmirdi, amma düşünürəm ki, bu, daha çox onun gəncliyi ilə bağlıdır. Üzərinə düşən bu cür böyük təzyiqlə bacarmaq inanılmaz dərəcədə çətindir. Buna baxmayaraq mənə elə gəlir ki, məhz dünya çempionatında o, toparlanıb ən yaxşılardan biri olduğunu sübut edə bilər.
- DÇ-2026 tarixi turnir olacaq: ilk dəfə 48 komanda iştirak edəcək və 100-dən çox oyun keçiriləcək. Sizcə, Kurasao və ya Kabo-Verde kimi komandaların iştirakı futbol üçün müsbət haldır, yoxsa bu artıq bir qədər şişirdilmiş formatdır?
- İdmanın populyarlaşdırılması baxımdan bu, tamamilə normal qərardır. Elə belə də olmalıdır. Özünüz də yaxşı başa düşürsünüz ki, belə turnirlərdə yalnız ulduzlardan ibarət komandalar oynaya bilməz. Futbol irəli getməli və inkişaf etməlidir. Biz də görürük ki, o, həqiqətən tərəqqi edir. Görək necə olacaq, bəlkə də bu yenilik hamının xoşuna gələcək. FİFA daim futbola daha çox diqqət cəlb etmək və onun dünyada bir nömrəli idman növü olaraq qalmasını təmin etmək üçün yollar axtarır.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı