Bakı “İnter”in futbolçusu Rauf Əliyev uzun fasilədən sonra yaşıl meydanlara qayıdıb. Sonuncu dəfə Premyer Liqanın 4-cü turunda “Qəbələ” ilə oyunda meydana çıxan millimizin sabiq hücumçusu cərrahiyə əməliyyatı olunduqdan sonra 7 ay “İnter”ə kömək edə bilməyib.
Topaz Premyer Liqanın 30-cu turunda “Kəpəz”lə oyunda meydana dönən 27 yaşlı hücumçu bu haqda təəssüratlarını Qol.az-ın müxbiri ilə bölüşüb.
- Həyəcan var idi. Çempionatdan ilk çıxışlarımı, “Qarabağ”da oynadığım vaxtları xatırladım. Düzdür, meydana oyuna əlavə olunmuş vaxtda daxil oldum, ancaq bu, mənim üçün böyük vaxtdır. Çox şükür ki, sağalmışam, komanda ilə bir yerdəyəm. Getdikcə komandaya fayda verəcəm.
- Daha çox oynaya bilərdin, yoxsa hələ buna hazır deyilsən?
- Baş məşqçi ilə bu barədə söhbət etmişdik. Təxminən 15-20 dəqiqə oynamalı idim. Ancaq İlkin Qırtımov zədələndiyi üçün bizdə məcburi dəyişiklik oldu. Buna görə də baş məşqçimiz risk etmək istəmədi. Bu da normaldır. Əsas odur ki, uzun fasilədən sonra meydana çıxdım.
- Yeddi ay meydana çıxa bilməyən futbolçuya formasını bərpa etmək üçün nə qədər vaxt lazımdı?
- Mən komanda ilə bir aydır məşq edirəm. Yalnız oyun təcrübəsi sarıdan əziyyət çəkirəm. Hər şey qarşıdakı oyunlarda bilinəcək. Məşqlərim yaxşı alınır. Artıq çəkim də yoxdur ki, mənə problem yaratsın. Yəqin ki, qısa bir müddətdə formamı tam bərpa edəcəm. Ancaq mövsüm sona çatmaq üzrədir. Mənim üçün 5-6 oyun qalıb. Məncə, bu oyunlar mənə kifayətdir ki, əvvəlki formamı bərpa edim.
- Qarşıdan “Qarabağ”la oyununuz gəlir.
- Təbii ki, çətin olacaq. Həm də maraqlı. “İnter”in “Qarabağ”la oyunları həmişə maraqlı olub. Bu rəqiblə son oyunumuzda qələbəyə çox yaxın idik. Matçın sonuna 2 dəqiqə qalmış “Qarabağ” bərabərlik qolunu vurdu. Yəni “Qarabağ”ı məğlub etmək mümkünsüz deyil. Yerimizi qorumaq üçün bu oyundan xalla ayrılamlıyıq.
- Bu çətin qarşılaşmaya hazırsan?
- Yəqin ki, baş məşqçimiz bu oyunda mənə daha çox şans verəcək. Mən də özümü göstərməyə çalışacam.
- Mövsümün sonuna az qalıb. “İnter”də qalmaq fikrin var?
- Komanda ilə ilkin danışığımız olub. Bəli, “İnter”də qalacam. Çalışacam ki, komandadakı yerimi bərpa edim. Bu klub çətin günlərdə mənə kömək oldu. Hər birinə təşəkkür edirəm. Çalışacam ki, bundan sonra “İnter”ə maksimum fayda verim ki, itirilən vaxtın əvəzini çıxım.
- “İnter”in avrokuboklardan uzaqlaşıdırlması da qərarına təsir etmədi?
- Bəli, UEFA-nın bu qərarından sonra komandamız yenə də var gücü ilə çalışır. Heç kim ruhdan düşməyib. Hamı çalışır ki, gələn il avrokuboklara vəsiqə qazana bilək. Yəni medalçılar sırasına düşməsək, bizim üçün itirilmiş bir il olacaq. Mən də hamı kimi gələn mövsümü fikirləşirəm. “İnter”də oynamaq mənə xoşdur.
- Bir qədər də millimiz haqda danışaq. Komandamızda yenə hücumçu problemi var.
- Mən millidə oynayan vaxtlarda da hücumçu qıtlığı var idi. Ümumiyyətlə, Azərbaycanda hücumçuların sayı azdır. Ona görə də həmişə bu sarıdan problemlərimiz olub. Çalışacam ki, qarşıdakı oyunlarda özümü göstərim. Çünki bu ilin sonunda milli komandamızın toplanışı olacaq. Formamı bərpa edib, bu toplanışa cəlb olunmaq istəyirəm.
- Klubunda yaxşı çıxış etmədiyin vaxtlarda da millidə özünü yaxşı tərəfdən göstərirdin. Bəlkə, Rauf Əliyevin qayıdışı millidə canlanma yaradar?
- Şadam ki, çox vaxt millidə yaxşı oynamışam. Yenə də həmin oyunumu qaytarmaq istəyirəm. Prosineçki dəvət etsə, var gücümlə komandamıza kömək edəcəm. Malta ilə oyundan sonra baş məşqçi bildirmişdi ki, mənə şans verəcək. Təəssüf ki, zədələndim. Artıq hər şey arxada qalıb. Hər çey öz əlimdədir.
Ramiq AĞAMƏMMƏDOV
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi