Səudiyyə millisinin sabiq futbolçusu Əhməd Atif Kriştiano Ronaldonu tənqid edib.
QOL.az xəbər verir ki, “Əl-Nəsr”in kapitanı Səudiyyə Ərəbistanı çempionatının 2-ci turunda “Ər-Riyad”la oyunda sonradan meydana daxil olaraq qol vurub. “Əl-Nəsr” isə görüşdə 4:0 hesabı ilə qalib gəlib.
"Goal" nəşrinin məlumatına görə, Səudiyyə millisinin sabiq futbolçusu Əhməd Atif Ronaldonun növbəti oyunlarda əsas heyətdə yer almamalı olduğunu bildirib:
“Ronaldo meydana daxil olduqdan sonra qol vurdu, amma həmin vaxt oyun demək olar ki, bitmişdi. Məncə, məşqçi onu növbəti matçlarda əsas heyətdə meydana buraxmamalıdır. Ronaldonun həm texniki, həm də fiziki səviyyəsi xeyli aşağı düşüb”.
Atifin fikrincə, xüsusilə “Əl-Əhli”, “Əl-Hilal” və “Əl-Qadisiyyə” kimi güclü rəqiblərlə oyunlarda Ronaldonun əsas heyətdə oynaması “Əl-Nəsr”ə problemlər yarada bilər:
“Güclü rəqiblərə qarşı pressinq etmək və boşluqları azaltmaq lazımdır. Ronaldo artıq bunları əvvəlki kimi edə bilmir. Bu səbəbdən də komanda bəzən sanki 10 nəfərlə oynayır”.
O, fikirlərinin Ronaldonu aşağılamaq məqsədi daşımadığını, bunun yalnız futbolçunun hazırkı vəziyyəti ilə bağlı texniki qiymətləndirmə olduğunu vurğulayıb.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi