Misli Premyer Liqasının ikinci turu çərçivəsində debütant "Şəfa" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Şəfa"nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Şükürlər olsun, ilk üç xalımızı qazandıq. Özü də bunu Qəbələ səfərində bacardıq. Hamımız bilirik ki, burada oynamaq asan deyil. Rəqib də yaxşı komandadır. Hava şəraiti futbolçular üçün müəyyən çətinlik yaradırdı. Amma uşaqlar bütün çətinliklərin öhdəsindən gəldilər. Düzdür, zaman-zaman üstünlüyü rəqibə verirdik. Bu, normaldır. Bütün 90 dəqiqə ərzində üstünlüyün yalnız bir komandada olması mümkün deyil. Özümüz də qol epizodları yaratdıq, rəqibin də şansları oldu. Nəticədən və futbolçularımın oyunundan çox razı qaldım. Bu qələbəni “Şəfa” rəhbərliyinə və bizi dəstəkləmək üçün Qəbələyə gələn azarkeşlərimizə həsr edirik".
Z.Həşimov komandanın qarşıdakı hədəfləri barədə də danışıb:
"Bu mövsüm qarşımıza qoyulan əsas məqsəd Premyer Liqada qalmaqdır. Komandamız gəncdir, bir neçə ildən sonra yenidən elitaya qayıtmışıq. Amma indiki “Şəfa” ilə 26 il əvvəlki “Şəfa” arasında müqayisə aparmaq düzgün olmaz.
Daha da yaxşı olmalı, güclənməliyik. İnanıram ki, bu heyətlə qarşımıza qoyulan minimum hədəfə çata biləcəyik".
Baş məşqçi yeni transfer gözlənilmədiyini də bildirib:
"Transfer məsələsini bağlamışıq. Güclənmək deyəndə komandanın öz inkişafını nəzərdə tuturam. Məsələn, Luiz Felipe cəmi üç həftədir ki, bizimlədir. Elə futbolçular var ki, birlikdə ikinci oyunlarını keçirirlər. Futbolçuların həm fiziki baxımdan daha yaxşı vəziyyətə gəlməsi, həm də bir-birini daha yaxşı anlaması lazımdır. Yeni transfer gözlənilmir".
Zaur Həşimov komandasının fiziki hazırlığı ilə bağlı da fikrilərini bölüşüb:
"Çalışdıq ki, balans yaradaq. Heyətimizdə 90 dəqiqə problemsiz oynaya bilən futbolçular da var, hazırlığı hələ istədiyimiz səviyyədə olmayanlar da. Əvəzetmələri və digər detalları əvvəlcədən nəzərə alaraq balansı qorumağa çalışdıq".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video