“Barselona” La Liqada ardıcıl üçüncü məğlubiyyətə uğrayıb.
Qol.az-ın xəbərinə görə, “Real” (1:2), “Real Sosyedad”la (0:1) matçlardan sonra Luis Enrikenin komandası son olaraq dünən “Valensiya”ya “Nou-Kamp”dakı qarşılamada (1:2) uduzub.
“Barselona” bu cür acınacaqlı halla son dəfə 13 il əvvəl, 2003-cü ilin yanvar-fevral aylarında üzləşmişdi.
Bundan başqa, “Barselona” çempionatın son 4 oyununda 12 mümkün xaldan cəmi 1 xal toplayıb. Onların ən yaxın izləyicisi “Atletiko” 9, “Real” isə maksimum - 12 xal yığıb.
4 tur əvvəl “Barselona”nın “Vilyarreal”la heç-heçə etdiyi oyundan sonra “Atletiko” ilə arasında 9 xal fərq vardısa, bu gün artıq hər iki komandanın xalı bərabərləşib – 76 xal. “Real” isə “Barsa”dan cəmi 1 xal (75) geri qalır.
“Barsa”nın lideri Lionel Messinin qolsuzluq və məhsuldar ötürməsiz seriyası 515 dəqiqə çəkib. O, martın 16-dan etibarən dünənki oyuna kimi “qol+ötürmə” sistemində bir xal belə yığa bilməmişdi. Halbuki bu müddətdə o 5 oyunda (“Vilyarreal” – 2:2, “Real” - 1:2, “Atletiko” )iştirak etmişdi.
Dünən “Valensiya” ilə matçda bir dəfə fərqlənən argentinalı ulduz bununla da karyerasında 500-cü qolu vurub.
“Barselona” birinci hissədə 2 qolu son dəfə 2013-cü ilin mayında “Betis”lə oyunda (4:2) buraxmışdı. Son vaxtlar Luis Enrikenin komandası müdafiə xəttindəki uğursuz çıxışı ilə də diqqət çəkir. La Liqada komanda 4 matçda öz qapısından düz 7 qol buraxıb. Hücumçu Luis Suares da zəif çıxış edir. O, son 3 oyunda bir dəfə də olsun qol vura bilməyib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə