Avropa Liqasında yarımfinalın püşkü atıldı

Avropa Liqasında yarımfinalın püşkü atıldı
GÜNDƏM 15 Aprel 2016 / 14:45 22289
-  A +

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinalın cütlükləri müəyyənləşib.

"Şaxtyor" finala gedən yolda "Sevilya", "Vilyareal" isə "Liverpul"la qarşılaşacaq. "Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə) cütünün qalibi finalda nominal meydan sahibi olacaq.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel - 5 may tarixlərində keçiriləcək. Final matçı isə mayın 18-də İsveçrənin "Sent Yakob Park" arenasında baş tutacaq.

 
Avropa Liqasında yarımfinalın cütlükləri:

"Şaxtyor" (Ukrayna) - "Sevilya" (İspaniya)

"Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner