“Oyun çox həyəcanlı alındı. Səfərdə 5:1 hesablı qələbə qazanmışdıq. Bugünkü oyuna da komanda ciddi yanaşmalıydı”.
Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib futzal yığmamızın dünya çempionatına vəsiqə qazanmasını şərh edib.
E. Məmmədov yığmamızın pley-off mərhələsinin cavab görüşündə Hollandiyanı məğlub edə bilməməsinin səbəbini belə izah edib:
“Komanda məsuliyyətini dərk edirdi. Futzalçıların üzərində təzyiq də var idi. Elə 4:4 hesabı da bu təzyiqin nəticəsi idi”.
Elxan Məmmədov Bakı İdman Sarayında millimizə dəstək olan azarkeşlərə minnətdarlıq edib:
“Azarkeşlərə təşəkkür edirəm. Sona qədər komandaya dəstək oldular. Komandamıza inam vardı. Avropa çempionatrlarında yaxşı çıxış etsək də, bu günə qədər dünya çempionatına vəsiqə qazana bilməmişdik. Bu, ilk belə haldır”.
AFFA-nın baş katibi millimizin dünya çempionatına hazırlığından da söz açıb:
“Tezliklə baş məşqçi ilə danışığımız olacaq, 4 aylıq plan tərtib ediləcək. Mundiala qədər ən azı 4 yoxlama oyunu keçirəcəyik”.
Elxan Məmmədov AFFA-nın milli üzvlərini mükafatlandıracağını da vurğulayıb:
“Bununla bağlı AFFA-nın xüsusi qərarı olacaq. Bunu müzakirə etməliyik. Ondan sonra komanda mükafatlandırılacaq. Mükafat mütləq olmalıdır. Çünki yığmamız çox böyük nəticəyə imza atıb”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi