"Özüm də oyundan əvvəl tərəddüd edirdim ki, hücum xəttində problem yaşayacağıq. Çünki Muradın səhhətində problemin yaranması, tempraturun qalxması pis oldu. "İnter"in nizam-intizamlı müdafiəsini, aqressiv oyununu bilirdim".
Qol.az-ın Sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
O, Premyer Liqanın 29-cu turunda "İnter"lə keçirilmiş oyundan sonra bunları bildirib: "Çalışdıq ki, onların bir səhvindən istifadə edib qol vuraq. Futbolçularımız tapşırığı yerinə yetirdi, amma hər halda bir xal götürsək, daha yaxşı olardı. Qismətimizdə bu vardı. Futbolçularımızdan razıyam. Məğlubiyyət bizə qarşıdakı oyunlar üçün motivasiya olacaq. Komandaya iki gün istirahət veriləcək. Fikrət Hüseynov da futbolçularla görüşdü və danışdı. Qarşıdakı oyunlara motivasiya olmaq lazımdır. "Sumqayıt"la oyuna yeni əhval-ruhiyyədə gəlmək lazımdır. Futbolçuları hazırlıq səviyyəsinə görə meydana buraxıram. Qurulinin başqa potensialı var. Bu gün ehtiyatdan oyuna daxil oldu və hiss olunur ki, dəyişiklik var. Sol cinahda tək futbolçumuz Emin Cəfərquliyevdir. Ona nəsə olsa həmin cinahda oynayan başqa futbolçumuz yoxdur.
"İnter"i məğlub edə bilmirik. Hər bir komandanın sevmədiyi bir rəqib var. Bizdə də "İnter"lə alınmır. Bu il "Qarabağ"ı məğlub etmişik, amma "İnter"lə oyun alınmır. Bizim üçün xoş olmayan komandadır. Mənim ötən ildəki Frey kimi hücumçum olsa, başqa cür alınardı. Mən də istərəm ki, xal qazanım. Bu gün məğlub olmuşamsa, o mənim işimdir. Mütəmadi oynamaq bəhanə deyil. "Real Madrid" və "Barselona" ildə 70-80 oyun keçirir, amma heç kim şikayət etmir. Uduzmuşuq, səbəbi başqadır və bu da futbolçularla aramızda müzakirə olunacaq".
T.Əhmədov klubun fəxri prezidenti Cahangir Hacıyevlə görüşdən söz açıb: "O, görüş deyildi. Sadəcə ağır atletika ilə bağlı gəlmişdi və bazalar yaxın olduğundan bizimlə də görüşdü. Ətraflı məlumat verildi. Yaxşı olacağına inanıram. Klub prezidenti Zaur müəllimdir və yaxın vaxtlarda klubun vəziyyəti ilə bağlı öz həllini tapar".
Baş məşqçi xərçəng xəstəliyi aşkarlanan Rüfət Musayevin vəziyyətindən danışıb: "Ayın 11-də onu və dayısını müalicə üçün yola salacağıq. Maddi yardımlar ödənilir. İki dəfə müalicə üçün gedib və xərclər ödənilib. Hər gün onunla danışırıq. Futbolçular əmək haqqı, mükafat alanda ona da verilir. Vəziyyətində irəliləyiş var. Həkimlərin vəziyyətinə görə şiş balacalaşıb. Ola bilsin ki, bu dəfə əməliyyat olunsun".
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"