«Neftçi» klubunun prezidenti Sadıq Sadıqovun Qol.Az saytına müsahibəsi
- İlk öncə ondan başlayaq ki, bugünlərdə klubunuzun baş məşqçisi vəzifəsinə türkiyəli Bülənt Uyğunun gətiriləcəyi haqda xəbərlər yayılıb. Düzdür, «Neftçi»nin rəsmi saytı bu məlumatları təkzib edib. Amma yenə də klubun prezidenti kimi məsələyə şəxsən sizin münasibətinizi bilmək maraqlı olardı.
- Bunlar hamısı boş söhbətlərdir. Əgər belə bir şey varsa, bunu niyə və kimdən gizlətməliyəm ki? Kimsə ağlına gələni yazıbsa, o demək deyil ki, bunlar hamısı həqiqətdir.
- Komandayla tanışlığınızı tam başa çatdıra bilmisiniz?
- Yox, hələ ki, «Neftçi»dəki prosesləri öyrənirəm. Bildiyiniz kimi, məndən əvvəl komandaya vitse-prezident təyin olunmuşdu. Yeni baş məşqçi gətirilib. Mən də elə bugünlərdə «Neftçi»də prezident kimi fəaliyyətə başlamışam. Yaxın iki günə tanışlıq prosesini tam yekunlaşdıracağam.
Bizim məqsədimiz əl-ələ verib «Neftçi»nin flaqman adını özünə qaytarmaqdır. İndi komandada bu istiqamətdə işlər görülür. Bu yaxınlarda «Neftçi» Bakıda on günlük təlim-məşq toplanışına yığışacaq, sonra Antalya şəhərinə yollanacaq. İndi transfer məsələləri ilə bağlı müəyyən müzakirələr gedir.
- Əsas legionerlərə, yoxsa yerli futbolçulara üstünlük verəcəksiniz?
- İndidən ad çəkmək istəməzdim. «Neftçi»də onsuz da əcnəbi oyunçular var. Yerli səviyyəli futbolçuların bəzilərinin müqaviləsi mövsümün sonunda başa çatır, bəziləri ilə isə müqavilənin uzadılması istiqamətində danışıqlar gedir. Hər halda «Neftçi»yə yeni əcnəbi futbolçuların gələcəyi gözlənilir.
- Bir prezident kimi bu mövsüm komandanızın qarşısına hansı hədəfi qoymusunuz?
- «Neftçi»ni qəbul etdiyim ilk gündən demişəm ki, məğlubiyyəti sevən insan deyiləm. Sualına gəlincə, indi öz hədəfimizi açıqlamaq çətindir. Ona görə ki, bu gün Azərbaycan futbolunda böyük inkişaf var. Bunun nəticəsində çempionatda güclü rəqabət yaranıb. İki-üç il əvvəl belə deyildi. Hazırda səviyyəli klubların sayı artıb, onların iddiası yaxşı mənada böyüyüb. Bizim bu gün üçün hələlik yeganə məqsədimiz «ilk altılıq»da yerimizi qoruyub saxlamaqdır.
- Deyək ki, «altılıq»da yerinizi təmin etdiniz. O zaman məqsədiniz nə olacaq: çempionluq, yoxsa mükafatçılar sırasına düşmək?
- Mənim komandanı qəbul etdiyim heç bir ay deyil. Ona görə də nəsə söyləmək çox çətindir.
- Komandadan futbolçulardan kimin gedib, kimin qalacağı məsələsində əsas sözü kim deyəcək: siz özünüz, yoxsa baş məşqçi?
- Biz nə iş görürüksə, ilk öncə baş məşqçinin rəyini nəzərə alırıq. Vaqif Sadıqov yüksək səviyyəli mütəxəssisdir. Problem varsa, birgə həll etməliyik. Tək mənim qərarımla nəsə düzələn deyil. Komanda baş məşqçiyə həvələ edilib. Onun bacarına, qüvvəsinə inanılaraq bu addım atılıb.
- Qol.Az saytına müsahibəsində milli komandamızın kapitanı Rəşad Sadıqov Türkiyənin «Kocaelispor» klubuna transferində ona yaxından köməklik etdiyinizi və münasibətlərinizin yaxşı olduğunu söyləyib.
- Rəşad Sadıqov Azərbaycanda ən hörmət etdiyim futbolçulardan biridir. Ona şəxsi simpatiyam var. Dostluğumuz, qardaşlığımız olub. Onun xətrini çox istəyirəm.
- Dediyiniz kimi aranızda isti münasibət var. Bu mənada, Rəşadı «Neftçi»yə qaytarmaq niyyətiniz varmı?
- Mən bu gün Rəşad Sadıqovun hansı klubda oynadığından xəbərdaram. Onu da bilirəm ki, mövsümün sonuna qədər həmin komandayla müqaviləsi var. Bu səbəbdən indi hansısa təklif irəli sürməyimiz doğru olmazdı.
- Bəs, çempionatın bitəndən sonra necə?
- Hər şey ola bilər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat