“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytına müsahibə verib.
- Dünən “Neftçi”də növbəti komandadaxili toplantı keçirilib. İstərdik ki, əvvəlcə bu toplantı barədə məlumat verəsiniz.
- Sadıq Sadıqov komandamızın prezidenti təyin olunduqdan sonra mütəmadi olaraq, “Neftçi”ni diqqət mərkəzində saxlayır. Hələ Zaqatalaya yollanmamışdan öncə futbolçularla görüşərək, onlara uğurlar arzuladı. “Simurq”la görüşü də canlı olaraq stadiondan izlədi. Həm qarşılaşmadan əvvəl, həm də sonra oyunçularla görüşdü.
Komanda üzvləri istirahətdə olsa da, o, demək olar ki, hər gün klubumuzun bazasına baş çəkir. O da çox istəyir ki, tezliklə “Neftçi” əvvəlki əzəmətini qaytarsın, yenidən uğurları sıralasın. Bunun üçün hər birimiz demək olar ki, bütün gün ərzində dayanmadan çalışırıq. Dünənki toplantıda komandanın hazırkı durumunu müzakirə etdik.
- Komandanızda transferlə bağlı hansı yeniliklər var?
- “Neftçi”nin heyətini daha da gücləndirməliyik. Düzdür, hazırkı heyətimizin hər bir üzvü bizim üçün dəyərlidir. Məhz onların sayəsində “Bakı” və “İnter” kimi iddialı klublara qalib gəldik, “Xəzər Lənkəran” və “Simurq”la səfər oyunlarından xalla döndük. Amma biz qarşımıza daha böyük hədəflər qoymuşuq. Bu səbəbdən də heyəti mütləq gücləndirməliyik. Hər bir klub kimi bizim də maraq dairəmizdə olan oyunçular var. Hazırda danışıqlar prosesi davam etdiyindən ad açıqlaya bilmərəm. Hansısa futbolçunun keçidi rəsmiləşən kimi, siz dərhal bundan xəbər tutacaqsınız. Eyni zamanda komandamız Türkiyədə hazırlıq keçərkən də əcnəbi futbolçular baxışa gələcək. Məşqçilər korpusu da həmin futbolçuları sınadıqdan sonra yekun qərar verəcəklər.
- Dediniz ki, Antalyada olduğunuz müddətdə əcnəbiləri sınaqdan keçirəcəksiniz. Həmin futbolçuları menecerlər sizə təklif edib, yoxsa məşqçilər korpusu onların çıxışlarını izləyiblər?
- Məşqçilərimizin izlədikləri də var, menecerlərin təklif etdikləri də. Amma biz çalışıb, onların arasında ən yaxşılarını seçəcəyik. Biz transfer məsələlərinə çox həssas yanaşırıq. Bu işdə kiçik səhvə belə yol verməmək üçün, necə deyərlər yüz ölçüb, bir biçirik.
- Komandaya yeni legionerləri dəvət edərkən hansı kriteriyalara üstünlük verəcəksiniz?
- İlk növbədə onu deyim ki, karyerasının qürub çağını yaşayan, yaşlı futbolçular bizə lazım deyil. Çalışacağıq ki, heyətimizi gənclərlə gücləndirək. Məsəlçün transfer edəcəyimiz oyunçuların yaşı 24, 25, maksimum 27 olmalıdır. Biz məhz belə futbolçular axtarırıq. Eyni zamanda heyətimizə qatacağımız əcnəbilərin öz ölkəsinin millisində də çıxış etməsini istərdik. Düzdür, bəzi təcrübəli futbolçularla da anlaşmağımız mümkündür. Hansının ki, yaşı 27-dən də yuxarı ola bilər. Məsəlçün Hacı “Qalatasaray”a gələrkən yaşı 30-u keçmişdi. Amma komandaya nə qədər xeyir verdiyini hamımız gördük. Eyni zamanda gənc oyunçular da ona baxıb, nəsə öyrəndilər.
- Supertransfer necə, baş tutacaq? “Neftçi”nin prezidenti Sadıq Sadıqov mətbuata verdiyi açıqlamada bu variantı istisna etməmişdi.
- Bu da ola bilər. Amma 35 yaşı olan, karyerasının son illərini keçirən və Azərbaycana yalnız pul qazanmaq üçün gələn əcnəbilər bizə lazım deyil. Bunu heç Sadıq müəllim də istəmir. Halbuki əvvəllər Azərbaycana bu cür oyunçular çox gəliblər. Biz daha gənc və nəinki “Neftçi”yə, ümumilikdə Azərbaycan futboluna böyük xeyir verə biləcək futbolçular transfer etmək fikrindəyik.
- Fasilə dövründə əsas komandaya əvəzedici heyətdən futbolçu cəlb etməyi planlaşdırırsınız?
- Əlbəttə. Ən azı 5-6 gənc oyunçu əsas komandaya cəlb olunacaq. Onlar həm Bakıda, həm də Türkiyədə komandayla birgə təlim-məşq toplanışında iştirak edəcəklər. Kim özünü yaxşı tərəfdən göstərə bilsə, məşqçinin etimadını qazansa, o da heyətdə yer alacaq. “Neftçi”nin heyətində hər zaman gənc istedadlar olub. Təkcə Ruslan Abışovun adını çəkmək kifayətdir. Hazırda Araz Abdullayev, Mirhüseyn Seyidov kimi gənc futbolçularımız var. Onların gələcəyinə böyük ümidlər bəsləyirik. “Neftçi” qarşısına qoyduğu böyük hədəflərə məhz bu gənc oyunçularla çatacaq.
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi
"Bayer" yeni baş məşqçisini açıqladı
Andrey Şevçenko Bakıya gəldi - Foto
Azərbaycan millisinin heyətində dəyişikliklər
Santuşun Azərbaycana vida mesajı
"Ayaks"dan "Beşiktaş"a rədd cavabı
Türkiyə klubunda baş məşqçi ayrılığı
De Brüyne Hazardı geridə qoydu
"Qarabağ"ın rəqibinin oyunçusu diskvalifikasiya edildi
U-21 millimizi Bolqarıstanla oyuna o çıxaracaq
Ayxan Abbasovdan milli ilə bağlı açıqlama
"Yaxşı oyun göstərmək üçün gücümüz var"
Santuş istefaya göndərildi - Rəsmi
Cengiz Ünder "Beşiktaş"da
Lamin Yamal Türkiyədə pasportunu itirdi
Haaland xəsarət aldı, üzünə tikiş qoyuldu
İspaniyanın Türkiyəyə vurduğu 6 qol - Video
Montelladan 0:6 məğlubiyyətinə və ayrılıq ehtimalına şərh
Qazaxıstan millisinin baş məşqçisi istefa verdi
İspaniya Türkiyəyə, Belçika Qazaxıstana 6 qolla qalib gəldi
Mbappe: Dembele "Qızıl Top"a layiqdir"
PSJ-dən ayrıldı, Qətər klubuna keçdi
Millimiz Avropa kubokundan gümüş medalla qayıdır
Gürcüstan millisindən böyükhesablı qələbə
Azərbaycan 2-ci Liqasında 1-ci tur başa çatdı
Ali Koçdan baş məşqçi açıqlaması
“Qarabağ” Nərimanın durumunu açıqladı - Zədəsi ciddidir
Türkiyə - İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq
"Barselona"nın sabiq futbolçusu İran klubunda
"Bayer"in baş məşqçi vəzifəsinə əsas namizəd