«Qarabağ»ın və Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqovun Qol.Az-a müsahibəsi
- Əvvəlcə «Qarabağ»ın dünən «Bakı»ya qarşı keçirdiyi oyundan başlayaq. Komandanız ardıcıl iki («Simurq» və «Bakı» ilə oyunlar - red.) turdur ki, mühüm xallar itirir.
- Bilirsiniz ki, indi «altılıq» uğrunda gərgin mübarizə gedir. Mən deməzdim ki, son iki turda dörd xal itirmişik, əksinə iki xal qazanmışıq. Bütün rəqiblər, xüsusilə «altılığ»a düşmək və ya orada yerini möhkəmlətmək istəyən komandalar gözəl mübarizə aparırlır, bütün matçlarda gərginlik olur. Hamı yaxşı futbol oynayır.
«Bakı» ilə dünənki oyunda da yaxşı oynadıq. Amma komandamız gəncdir. Çətin oyunlar olduqca istədiyimiz alınmaya da bilər. Hərçənd «Simurq»la matçda komanda yaxşı təsir bağışladı, dünən isə komandamızın oyununu daha çox bəyəndim.
- Baş məşqçiniz Qurban Qurbanov bildirib ki, «Qarabağ»ın oyunçularında yorğunluq var, yaydan bəri futbolçular 32 oyunda meydana çıxıblar.
- Aydın məsələdir. Əvvəllərlər bir mövsümdə - milli komandanın matçları da daxil olmaqla - 36 oyun keçirirdik. İndi isə təkcə çempionat başlayandan qış fasiləsinə kimi 30-32 oyun keçirmişik. Təbii ki, komandada yorğunluq olacaq. Amma eyni zamanda oyunların çoxluğu bizə kömək edir, futbolçuların təcrübəsi daha da artır. «Qarabağ» fiziki cəhətdən heç bir komandadan geri qalmır.
- Komandamızın qış fasiləsinə öz qapısından ən az top buraxan komanda kimi getməsi «Qarabağ»ın müdafiə xəttinin etibarlı oyununun göstəricisidir. Amma bir məsələ də var ki, komandanız həm də ən az qol vuran komandalardan biridir.
- Lakin indi bizim çempionatda «Qarabağ»dan çox qol imkanı yaradan ikinci bir komanda da yoxdur. Sadəcə olaraq, bu imkanlarından yararlana bilmirik. Bildiyiniz kimi, «Qarabağ»ın üzvlərinin böyük əksəriyyəti gənclərdən təşkil olunub. Bu mənada, müəyyən təcrübəsizlik də ola bilər. Amma vaxt keçdikcə bunlar da yoluna düşəcək.
- Türkiyə klublarından heç bir təklif almadığını demisən. Əgər ortada real bir şey olmasa, yayda «Qarabağ»la müqaviləni uzatmaq ehtimalı nə qədərdir?
- Bu haqda hələ heç nə deyə bilmərəm. Əgər təklif gəlməsə, fikirləşərəm. Hələlik isə futbola bağlı diqqətimi ikinci dövrənin hazırlığına yönəldəcəyəm. Ümumiyyətlə, «Qarabağ»da oynamaq mənə ləzzət verir.
- Neçə vaxt zədə səbəbindən meydandan kənarda qalmağın oyununa təsir edib?
- Özümü normal hiss edirəm. Əvvəlki formamı bərpa etmək üçün vaxt lazımdır. Var gücümlə çalışacağam ki, ikinci dövrədə istədiyim oyunu sərgiləyə bilim.
- Sənin də bildiyin kimi, AFFA Berti Foqtsla müqaviləni müddətini uzatmaq qərarına gəlib. İlk dəfədir ki, Azərbaycan millisində çalışan baş məşqçiyə belə etimad göstərilir. Berti Foqtsun milliylə bağlı işlərini hələlik bir kənara qoyaq. Bu məşqçi sənin həyatında oynadığı rol barədə nə deyə bilərsən?
- Böyük rol oynayıb. Təkcə mənim yox, milliyə 28 futbolçu çağırılırsa, onların 25-nin həyatında Foqtsun önəmli rolu olub. Onun çətin günlərimdə mənə dəstəyini heç vaxt unutmayacağam. «Neftçi»də əvəzedici heyətə göndəriləndə mənə ilk dəstək verənlərdən biri Berti Foqts idi. Əvəzedici heyətdə məşq edəndə məni milliyə dəvət edib etimad göstərdi. O dəstək olmasaydı, bəlkə də indiki qədər həvəslə oynamazdım. O, mənə inamını ortaya qoydu.
- «Neftçi»dən söz düşmüşkən, yəqin ki, komandaya yeni prezident seçimlməsindən xəbərdarsan.
- Bəli, bu haqda idman saytlarında oxumuşam. Bu faktı çox az adam bilir. Yadınızdadırsa, bu ilin əvvəlində «Kocaelispor»a keçidimə görə «Neftçi» məndən yüksək kompensasiya istəyirdi. Həmin vaxt bu pulu ödəməyə gücüm yox idi. Türkiyədə isə transfer pəncərəsinin bağlanmasına bir gün qalmışdı. Elə bu vaxt mən «Neftçi»nin indiki prezidenti Sadıq Sadıqovdan kömək istədim. O isə «Neftçi»nin o vaxtkı prezidenti Əkbər Hacıyevlə görüşərək problemi yoluna qoydu. Beləliklə, Sadıq müəllimin köməyi sayəsində, Türkiyədə transfer pəncərəsinin bağlanmasına bir gün qalmış mənim «Kocaelispor»a keçidim baş tutdu.
Sadıq Sadıqovla çoxdandır tanışam. Onun rəhbərliyi altında «Neftçi»nin əvvəlki şöhrətini qaytaracağına inanıram.
- Sadıq müəllim səni «Neftçi»yə dəvət etsə, cavabın nə olacaq? Dediyin kimi, onun sənə çox yaxşılığı dəyib.
- Unutmayın ki, «Qarabağ» komandası da mənə çox yaxşılıq edib. Sadıq müəllimlə şəxsi münasibətlərimiz həmişə yaxşı olub. Amma mən müqaviləylə «Qarabağ»a məxsusam. Burada oynamaq mənə çox xoşdur. Bu mənada, başqa komandaya keçmək barədə fikirləşmirəm. - 2009-cu ili başa vururuq. Bu ili özün üçün necə qiymətləndirirsən?
- Allahın köməkliyi ilə 2009-cu ili çox uğurla başa vurdum. Düzdür, zədələnməyim haqda çox danışıldı. Amma bu, hər bir futbolçunun başına gələ bilər.
- Nəhayət, 2009-cu ildə sənin üçün ən gözəl oyun hansı oldu?
- Təbii ki, «Qarabağ»la «Rusenborq»u Bakıda məğlub etdiyimiz oyunu heç vaxt unutmayacağam.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi