"Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov Qol.Az saytına müsahibə verib.
- Sabah komandanız ölkə çempionatının növbəti turunda “Bakı” ilə qarşılaşacaq. Qarşıdakı matçın hazırlığı necə gedir? Komandada ab-hava necədir?
- Komanda ab-hava normaldır. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Rəqibimizin gücü hamıya məlumdur. “Bakı” sonuncu ölkə çempionudur. Son turlarda da inamlı çıxış edir. Amma istənilən halda biz meydana uğurlu nəticə qazanmaq üçün çıxacağıq. Yalnız heyətimizdə bəzi itkilərin olması məni narahat edir.
- Heyətdə itkilər olduğunu bildirdiniz. Konkret olaraq, hansı futbolçular sabahkı matçı buraxacaqlar?
- Dünənki məşqdə Tərlan Xəlilov fərdi şəkildə məşq etdi. Füzuli Məmmədov və Endər Güllü isə ümumiyyətlə hazırlıqdan kənarda qaldılar. Amma bu gün daha bir məşqimiz var. Yəqin ki, futbolçuların son durumuma oyun günü aydınlıq gələcək.
- Sabah qarşılaşacağınız “Bakı”nı sizin üçün yad komanda hesab etmək olmaz. Ötən mövsüm bu komandanın uğurları üçün çalışmısınız. Cari mövsümdə isə “Bakı”nı hətta “Qarabağ”la oyuna baş məşqçi qismində də çıxarmısınız. Bütün bunları nəzərə alaraq sabahkı görüşü sizin üçün prinsipial hesab etmək olar?
- Həqiqətən də bu klubda çalışmışam. Bugünkü gündə də klub rəhbərliyi ilə yaxşı münasibətlərimiz var. Amma mən “Bakı” ilə görüşü özüm üçün prinsipial hesab etmirəm. Çünki bizim hər birimiz Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Baş məşqçi vəzifəsi isə elədir ki, bir gün burdasan, sabah başqa yerdə.
- “Olimpik-Şüvəlan”a gəlişinizdən sonra komanda ilk iki turda uğurlu nəticələr əldə etdi. Amma son iki turda həm “Xəzər Lənkəran”a, həm də “İnter”ə uduzdunuz. Bunu nə ilə əlaqələndirərdiniz?
- Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Amma futbol səhvlər oyunudur. Kim daha çox səhv buraxsa, o da uduzacaq. Son qarşılaşmalarda da komandamız rəqiblə müqayisədə daha çox səhv etdi və nəticədə uduzdu. Amma reallığı da nəzərə almaq lazımdır. “Xəzər Lənkəran”ın güclü, oturuşmuş heyəti var. Eyni sözləri “İnter” haqda da demək olar. Bu komanda demək olar ki, eyni səviyyəli iki heyətə malikdir. Amma bizdə vəziyət bir qədər fərqlidir.
- Bu səbəbdən qışda heyətdə ciddi dəyişikliklərin olacağını söyləmək olar?
- İndi bu haqda qəti söz deyə bilmərəm. Birincisi qarşıda hələ iki oyunumuz var. Digər tərəfdən də gərək ilk növbədə rəhbərliklə görüşüm. Mən onlara hazırlıq planımı təqdim edəcəyəm və bütün məsələləri birlikdə müzakirə edəcəyik. Amma istənilən halda heyətdə dəyişikliklərin olacağı şübhəsizdir.
- Komandanı mövsümün ortasında qəbul etsəniz də, rəhbərlik qarşınıza ilk “altılığ”a düşmək tapşırığı qoyub. Sizcə son iki turdakı məğlubiyyətləri nəzərə alsaq, bu nə dərəcədə realdır?
- Həqiqətən də bu bir az çətindir. Amma biz məhz bunun üçün çalışırıq. Ümid sonda ölür deyirlər. Biz də hələ “altılıq”dan əlimizi üzməmişik. Sona qədər məhz bu məqsəd uğrunda çalışacağıq. Bunun üçün isə hər oyunda xal qazanmaq vacibdir. Nə qədər çox xal qazansaq, bir o qədər daha şanslı olarıq.
- 2009-cu ilin son iki oyununda - “Bakı” və “Turan”la qarşılaşmalardan neçə xal götürməyi planlaşdırırsınız?
- Əlbəttə ki, maksimum nəticə qazanmağa çalışacağıq. Amma bu haqda vəd verə bilmərəm. 6 xal da qazana bilərik, 4 xal da. Bir daha təkrarlayıram ki, biz yalnız və yalnız qələbəyə oynayacağıq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video