"O vaxt qayıdanda aeroportda bizi xeyli azarkeş qarşıladı. İndikilər aeroporta heç 10 nəfəri yığa bilməzlər. Əvvəl onu etsinlər, sonra gələrlər danışarıq”
“Neftçi” klubu 11 il əvvəl, 2005-ci ilin 19 yanvarında Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu “Pünik” üzərində qazanılan tarixi qələbəyə (2:0) həsr olunmuş “Ağ-qara yaddaşımız” adlı qısametrajlı film hazırlayıb.
Qol.Az-ın xəbərinə görə, klubun rəsmi saytı vasitəsi ilə yayımlanan filmdə 11 il əvvəl “Nefçi”nin prezidenti olan Rövnəq Abdullayev və vitse-prezident Ramin Musayev nədənsə “unudulub”.
Hazırda Peşəkar Futbol Liqasının prezidenti olabn R.Musayev məsələyə münasibət bildirib. O, futbolxeber.az saytının “11 il əvvəl qazanılan tarixi uğurda böyük pay sahibi olan Rövnəq Abdullayev və Ramin Musayevə qısametrajlı filmdə yer verilməməsinin səbəbini nədə görürsüz” sualını belə cavablandırıb:
“Mən həmin hissləri canlı yaşamışam, filmi neynirəm? (gülür) Biləndə ki, filmi kim hazırlayıb, mənə hər şey aydın oldu. O vaxtkı “Neftçi” ilə bu “Neftçi” arasında fərq çoxdur. Özünüz sorğu keçirin. Azarkeşlər də mənim bu fikrimlə razılaşar. Tarixi silmək olmaz. “Neftçi” xalqın komandasıdır. O nə mənim, nə Rövnəq Abdullayevin idi. Biz sadəcə “Neftçi”nin işçiləri olmuşuq. Bu gün rahatam ki, vaxtında millətə nəsə sevinc bəxş edə bilmişik. “Neftçi”nin nailiyyəti çox olub. Bizim vaxtımızda da, bizdən sonra da.
Siz deyirsiz ki, bu filmdə biz unudulmuşuq. Amma mən heç “Neftçi”nin tarixi ilə bağlı sujetlərdə klubun Avroliqaya vəsiqə qazanmasını da görmürəm. Həmin uğurları gizlətmək olmaz. O uğura Sadıq Sadıqov və Böyükağa Hacıyev imza atıb. Heç kim dana bilməz ki, “Neftçi” Azərbaycan tarixində Avroliqanın qrup mərhələsinə yüksələn ilk klub olub. Biz vaxtında düz işləmişik, nailiyyətlər də göz qabağındadır. Kim nə istəyir çəksin, kim nə istəyir göstərsin, özü bilər.
Lakin unutmasınlar ki, qazanılan uğurları xalqın yaddaşından silmək mümkün deyil. O vaxt biz erməniləri məğlub edib Bakıya qayıdanda aeroportda bizi xeyli azarkeş qarşıladı. Metronun indiki “Koroğlu” stansiyasına qədər azarkeşlər klubun atributları ilə bəzədilmiş maşınlarla komandanı müşayiət etdilər, dəstək oldular. O filmi çəkənlər, sifariş edənlər aeroporta heç 10 nəfəri yığa bilməzlər. Əvvəl onu etsinlər, sonra gələrlər danışarıq”.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video