“Qrupda elə də pis çıxış etmədik. Başımızı aşağı salmamalıyıq. Bunu paltardəyişmə otağında futbolçulara da demişəm. İrəli baxmalıyıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində “Krasnodar”a uduzduqları oyundan (0:3) sonra deyib.
- Heç olmasa bu oyunda yerli futbolçulara şans vermək olmazdı?
- Başa düşmürəm ki, niyəi komandanı azərbaycanlı və qeyri-azərbaycanlılara bölməliyik. Biz komanda şəklində oynayırıq. Yanaşmamız eynidir. Kim hazır olsa, ona şans veririk. Daxili çempionatda yerli futbolçulara daha çox şans veririk.
- Oyundan sonra futbolçulara nə dediniz?
- Onlardan razı qaldığımı bildirdim.
- Sanki ikinci hissədə futbolçularınız soyuqdan donurdu.
- Düşünmürəm ki, biz soyuqdan donmuş kimi görünürdük. İlk hissəyə yaxşı başlamışdıq. Qol şansımız da oldu. İkinci hissədəki oyunlarına görə futbolçularımı qınamıram. Çox pis oynadığımızı deməzdim.
- Futbolçularınız Avropa Liqasından daha çox pul qazandılar, yoxsa təcrübə?
- Heç bir futbolçumuz pul barədə düşünmürdü. Meydanda canlarını qoyurdular. Hiss olunurdu ki, onlar pulu düşünmür. Hətta bəziləri xəstə halda da məşqlərdə iştirak etdilər.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri