”Qəbələ”yə böyük hesabla qalib gələcəyimizi gözləmirdim”

”Qəbələ”yə böyük hesabla qalib gələcəyimizi gözləmirdim”
ÖLKƏ FUTBOLU 11 Dekabr 2015 / 00:10 3531
-  A +

“Biz çox vacib qələbə qazandıq. Komandam yaxşı oyun sərgilədi. Sevinirik ki, qrupda birinciliyi ələ keçirdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyundan (3:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

- 2015-ci ilin ikinci yarısını "Krasnodar" üçün necə dəyərləndirərdiniz?

- Yaxşı qiymətləndirmək olar. Çempionata yaxşı başlamamışdıq. Buna  baxmayaraq, Avropa Liqasında inamlı çıxış etdik. Gördüyünüz kimi, qrup lideri olduq.

- Komandanızın belə yüksəlişinin səbəbi nədir?

- Əsas səbəb daha çox işləməyimizdir. Bundan əlavə heyətimizi bir sıra futbolçularla gücləndirdik.

-Böyük hesabla qalib gələcəyinizi düşünürdünüzmü və qələbənizdə rəqib qapıçısının nə dərəcədə rolu oldu?

- Hiss olunurdu ki, “Qəbələ”dən güclüyük. Ancaq bu hesabı gözləmirdik. Rəqib qapıçı ilə bağlı şərh vermək istəmirəm.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu