Avropa Liqasının qrup mərhələsinin son turunda evdə "Qarabağ"ı qəbul edəcək "Anderlext"in müdafiəçisi Mboci Kara axşamkı oyun haqda danışıb.
Qol.Az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, seneqallı futbolçu "Qarabağ"la matçı karyerasının ən önəmli oyunu adlandırıb:
"Qarabağ"la oyun karyeramın ən önəmli matçı olacaq. Bu görüşdə ilk öncə qapımızın toxunulmazlığını qorumalıyıq. Ancaq müdafiə olunmaqla qələbə qazanmaq çətindir. Qalib gəlmək üçün mütləq qol vurmalıyıq. Lakin 3 qol vurmağımıza ehtiyac yoxdur. Hər şey öz əlimizdədir. Əgər "Qarabağ"ı məğlub etsək, Avropa Liqasında yolumuza davam edəcəyik. Bilirəm ki, məndən qol vurmağımı gözləyirlər. Ancaq mənim ilk işim müdafiədə komandama kömək etməkdir".
Qeyd edək ki, bu gün Brüsseldə keçiriləcək "Anderlext" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri