Unibank Premyer Liqanın XIV turu çərçivəsində öz meydanında “Qəbələ”ni qəbul edəcək “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov Qol.Az-a verdiyi müsahibədə qarşıdakı matç haqda danışıb.
- İlk olaraq, “Qəbələ” ilə oyunun hazırlığı barədə məlumat verərdiniz.
- Oyuna plan üzrə hazırlaşırıq. Bu oyuna da həmişəki kimi hazırlıq keçmişik. Rəqibin kimliyi bizim üçün heç vaxt önəm daşımayıb. Biz hazırlığımızı rəqibin gücünə görə deyil, öz planımıza uyğun şəkildə keçirik.
- Oyunqabağı heyətdə hansı problemlər var?
- Problemlərimiz var. Zədəli futbolçularımızın sayı çoxdur. Buna baxmayaraq, meydana kimin çıxıb-çıxmamasından asılı olmayaraq, biz yalnız qələbəyə oynayacağıq. Heyətlə bağlı problemlərimiz bizim üçün bəhanə ola bilməz.
- İlk dövrənin oyununda məhz sizin rəhbərliyiniz altında “Neftçi” “Qəbələ”yə uduzdu. Yəqin ki, bu dəfə qisas almaq haqqında fikirləşirsiniz?
- Biz meydana yalnız qələbə üçün çıxacağıq. Lakin hansısa qisasdan söhbət gedə bilməz. Hazırda turnir cədvəlində vəziyyət elədir ki, hər oyunun, hər xalın böyük dəyəri var. Bu səbəbdən də “Qəbələ”ni mütləq məğlub etməliyik.
- Rəqibin oyunu haqda nə deyə bilərsiniz?
- “Qəbələ” çox yaxşı komandadır. Cari mövsümdə çox uğurlu çıxış edir. Son turda “Qarabağ”a qarşı da layiqli mübarizə apardılar. Komandanın heyətində yaxşı futbolçular var.
- Rəqibin heyətində iki aparıcı futbolçu çıxış etməyəcək. Bunu “Neftçi” üçün üstünlük hesab etmək olar?
- Mən belə deməzdim. Çünki “Qəbələ” iddialı klubdur və komandanın heyətində yaxşı oyunçuların sayı kifayət qədərdir. Buna görə də iki nəfərin olmaması komandanın zəifləməsi anlamına gəlmir. “Qəbələ” cari mövsümdə çox uğurlu çıxış edir. Elə ilk dövrədə də bizə qalib gəlməklə bunu bir daha sübut etdilər.
- Hər iki komandanın “altılıq” uğrunda mübarizə apardığını nəzərə alsaq, bu matçı həlledici saymaq olar?
- Bəli, mən də bu fikirdəyəm. Həqiqətən də bu oyun həm bizim, həm də “Qəbələ” üçün həlledici önəm daşıyır. Çünki indi turnir cədvəlində vəziyyət xeyli qarışıqdır. Digər tərəfdən də arzuolunmaz məğlubiyyət istənilən komandaya növbəti oyunlarda da mənfi cəhətdən təsir edə bilər. Buna görə də inanıram ki, sabahkı oyunda istədiyimiz nəticəni qazanacağıq.
- Yəqin ki, istədiyimiz nəticə deyəndə yalnız qələbəni düşünürsünüz?
- Əlbəttə. Biz bu matça yalnız qələbə üçün çıxacağıq. Bu 3 xala komandanın çox ehtiyatı var. Həm də bizim kimi “Qəbələ”nin “altılığ”a düşmək iddiasındadır. Bu komandayla ilk oyunda isə artıq 3 xal itirmişik. Növbəti xal itkisi yolverilməzdir.
- Son turda “Turan”la oyundan sonra yaranan söz-söhbətlər “Neftçi”yə “Qəbələ” ilə oyunda psixoloji cəhətdən problem yarada bilər?
- Bu mümkündür. Düzdür, biz taktiki-texniki cəhətdən olduğu kimi psixoloji cəhətdən də futbolçuları qarşıdakı matça ciddi hazırlaşdırırıq. Amma istənilən halda son günlər yayılan söhbətlər futbolçulara mənfi təsir göstərir.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?