Berbatov “Qəbələ” ilə oyun bitməmiş stadionu tərk etdi

Berbatov “Qəbələ” ilə oyun bitməmiş stadionu tərk etdi
XƏBƏR 27 Noyabr 2015 / 03:12 7124
-  A +

Avropa Liqasının qrup mərhələsində  keçirilən PAOK - “Qəbələ” matçı zamanı meydan sahiblərinin düşərgəsində xoşagəlməz hal yaşanıb.

Qol.Az-ın Salonikiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, PAOK-un hücumçusu Dimitar Berbatov stadionu oyun başa çatmamış tərk edib.

Bolqarıstanlı hücumçu oyunun 71-ci dəqiqəsində əvəzlənməsindən narazı qalıb. Baş məşqçi İqor Tudorun qərarına etiraz edən Berbatov, əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasına deyil, birbaşa paltardəyişmə otağına yollanıb. O, oyun baş çatmamış stadionu tərk edib. Berbatovun bu addımı PAOK rəsmiləri tərəfindən narazılıqla qarşılanıb.

Daha çox


Son xəbərlər