"Kəpəz"in futbolçusu : "Vəziyyətim normaldır"

"Kəpəz"in futbolçusu : "Vəziyyətim normaldır"
XƏBƏR 26 Noyabr 2015 / 13:54 1614
-  A +

“Kəpəz”in Braziliyada iki əməliyyat keçirən futbolçusu Dario Frederiko klubun saytına açıqlama verib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, özünü  yaxşı hiss etdiyini bildirib:

"Əməliyyatdan sonra yavaş-yavaş bərpa olunuram. Evə buraxılsam da, bərpa dövrünün əsas hissəsini klinikada keçirəcəyəm. Yaxında fizioterapiya kursları başlayacaq. Gündə iki dəfə klinikaya gedib-gələcəyəm. Demək istəyirəm ki, vəziyyətim normaldır. Hamıya salamım var. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlardan qələbələr gözləyirəm. Azarkeşlərin isə “Kəpəz”i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner