“Tottenhem” 7 əsas futbolçusunu Bakıya gətirmir

“Tottenhem” 7 əsas futbolçusunu Bakıya gətirmir
XƏBƏR 25 Noyabr 2015 / 16:27 11107
-  A +

Avropa Liqasının qrup mərhələsində  "Qarabağ"la qarşılaşacaq "Tottenhem" Bakıya yola düşüb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Bakıya gətirilən siyahıya 7 əsas futbolçunu daxil etməyib. Heyyət əsasən gənclərdən ibarətdir.

Mussa Dembele, Deni Rouz, Kayl Uolker kimi kimi futbolçulara ehtiyac duyulmayıb. Çünki komanda Premyer Liqanın növbəti turunda "Çelsi" ilə qarşılaşacaq. Naser Şadli, Aleks Pritçard, Nabil Bentaleb və Erik Lamela isə zədə səbəbindən Londonda qalmalı olub.
 
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Tottenhem" matçı saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir