"Kəpəz"in futbolçusu çəliklə hərəkət edir

"Kəpəz"in futbolçusu çəliklə hərəkət edir
XƏBƏR 24 Noyabr 2015 / 13:35 3041
-  A +

Vətəni Braziliyada əməliyyat olunan “Kəpəz”in futbolçusu Dario Frederiko dünən klinikanı tərk edərək, evə buraxılıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, eyni vaxtda iki əməliyyat keçirən yarımmüdafiəçi çəliklərin köməyi ilə hərəkət edə bilir.

Bundan sonra Darionun müalicəsi ev şəraitində davam etdiriləcək. Bununla belə, Frederikonun fizioterapiya kursları cərrahiyyə əməliyyatı olunduğu klinikada keçəcək.

Xatırladaq ki, braziliyalı Azərbaycan Premyer Liqasının XII turunda noyabrın 7-də AZAL-la oyunda zədələnib. Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan yarımmüdafiəçi noyabrın  19-da tanınmış cərrah Vitor Barion Padua tərəfindən əməliyyat olunub.
 

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner