"Qəbələ" PAOK-la oyunun hazırlıqlarına start verdi

"Qəbələ" PAOK-la oyunun hazırlıqlarına start verdi
XƏBƏR 24 Noyabr 2015 / 02:25 1888
-  A +

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarına start verib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə 1 günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib.

Komanda ötən gün Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini keçirəcək. Hazırlıq prosesi səhər baş tutacaq. “Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.

Xatırladaq ki, noyabrın 26-da keçiriləcək PAOK - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.

Daha çox


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

topaz banner