Hərbi xidmətdə olması səbəbindən 2 aya yaxındır yaşıl meydanlardan uzaq qalan “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Elmar Baxşıyevin Qol.Az saytına müsahibəsi
- Elmar, eşitdiyimizə görə, artıq Bakıya qayıtmısan və məşqlərə start vermisən.
- Elədir. İki gündür ki, fərdi məşq edirəm. Gələn həftədən kollektiv məşqlərə qoşulacam.
- Hərbi xidmətin necə keçdi, təəssüratlarını bizimlə də bölüşərdin.
- Çox qürurverici bir şey idi. Hardasa 52 gün hərbi xidmətdə olum və əsgər forması geyindim.
- Adi həyatla əsgər həyatı arasında hansı fərqləri gördün?
- Şəxsən mənim üçün çox çətin idi. Çünki futbolçu üçün 2 ay futboldan, topdan uzaq qalmağın nə demək olduğunu siz də gözəl başa düşərsiniz. Bununla belə, sağ olsun hərbi hissə komandiri, imkan tapan kimi məşq etməyimə şərait yaradırdı.
- Ümumiyyətlə, sənə qarşı münasibət necə idi?
- Çox yaxşı. Milli komandanın üzvü olduğumu bildiklərindən çox hörmət edirdilər. Yəni özümü narahat hiss etmirdim.
- Dedin ki, qulluq etdiyin hərbi hissədə milli üzvü olduğunu bilirdilər. Bəs, futbola, milli komandaya maraq necə idi?
- Çox böyük maraq var idi. Hamı milli komanda ilə maraqlanırdı, məlumatlar alırdı. Qulluq etdiyim hərbi hissədə ən böyük maraq məhz futbola idi.
- Hərbi hissədə hansı komandanın azarkeşi daha çox idi?
- “Neftçi”nin.
- Doğurdan belədir, yoxsa, bu komandanın üzvü olduğun üçün adını çəkdin?
- Tam səmimi deyirəm, “Neftçi”nin fanatları, bu komanda ilə maraqlananlar daha çox idi.
- Heç demədilər ki, niyə bu qədər uğursuz oyunlar oynayırsınız?
- Yox, düzü, bu barədə heç bir narazılıq ifadələri eşitmədim. Əksinə, dəstək oldular, dedilər ki, hər şey yaxşı olacaq və milli komandamız gələcəkdə böyük uğurlar qazanacaq. Bundan başqa son dövrlər millidə inkişaf olduğunu da bildirdlər.
- Milli çempionatın, konkret “Neftçi”nin oyunlarını izləyə bilirdin?
- Bəli. Sağ olsunlar, imkan yaradırdılar. Elə ki, oyun başlayırdı, komandir dərhal məni yanına çağırırdı ki, “gəl, futbol başladı”.
- “Neftçi”nin hansı oyununu izlədin?
- “Bakı” ilə matçlarına baxdım və çox xoşuma gəldi. Həmin oyunda da qalib gəldilər. Özü də rəqibdən bir baş üstün oynadılar.
- Necə düşünürsən, “Neftçi” bu oyunla “altılığ”a düşə biləcək?
- “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. 1-ci yerdən aşağı istənilən pillə bu komanda üçün uğursuzluq sayılıb. İnanıram ki, bu mövsüm də sözünü deyə biləcək. Əslində, komandamız güclüdür. Heyətdə səviyyəli futbolçular cəmləşib. Sadəcə, komandaya bir başçı lazım idi, o da gəldi.
- Yəqin ki, Vaqif Sadıovu nəzərdə tutursan?
- Bəli. Vaqif müəllim təcrübəli mütəxəssisdir və o, “Neftçi”yə uğur qazandıracaq. Yenə deyirəm, bu komanda Azərbaycan futbolunun flaqmanıdır.
- Düşünmürsən ki, artıq bu “flaqman” ifadəsini öz təsirini itirib? Çünki son illər Azərbaycan futbolunda bir sıra imkanlı, güclü klublar formalaşıb. “Xəzər Lənkəran”, “Bakı”, “İnter”…
- Mən elə düşünürəm ki, nə qədər yeni klub yaransa da, “Neftçi” elə “Neftçi”dir.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video