“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Fariz müəllim, komandanızın “Qarabağ”la keçirdiyi son oyun haqqında fikirlərinizi bilmək istərdik.
- Bərabər səviyyəli oyun getdi. Birinci hissədə “Qarabağ” zəif oynadı. İkinci hissədə isə əksinə, çox yaxşı təsir bağışladılar. Düzdür, hesabı biz açdıq, amma qələbə hesabını sona qədər qoruyub, saxlaya bilmədik. Həm də azlıqda qaldıq.
- Komandanız qolu da məhz azlıqda qaldıqdan sonra buraxdı. Bu mənada Stolpanın qırmızı vərəqə aldığı epizodun həlledici olduğunu demək olar?
- Yox, mən belə düşünmürəm ki, qırmızı vərəqə həlledici oldu və məhz buna görə qələbəni əldən verdik. Onsuz da “Qarabağ” fasilədən sonra kifayət qədər güclü təsir bağışladı. Bundan başqa, onların heyətində əvəzləmələr oldu və Vaqif Cavadovla Vüqar Nadirov meydana çıxdılar. Nəticədə rəqib üstünlük qazandı və hesabı bərabərləşdirdi.
- Konkret futbolçunuzun qırmızı vərəqə aldığı epizoda toxunaq. Hakim vərəqəni simulyasiyaya görə göstərdiyini qeyd edib. Həmin epizodda Stolpa həqiqətən də simulyasiya etmişdi?
- Bilirsiniz, futbolçu adətən zədə alıb, yerə yıxılarkən və həkim köməyinə ehtiyac duyarsa, gərək onun meydançaya gəlməsini gözləsin. Stolpa isə belə etmədi. Əvvəl yıxılıb, yerdə qaldı, sonra isə heç nə olmayıbmış kimi ayağa qalxdı. Adətən hesabda üstün olan komandanın futbolçusu belə hərəkət edəndə ara lap da qarışır. Özünüz də gördünüz ki, həmin vaxt meydanda insident yaranmışdı. Odur ki, simulyasiyaya görə Stolpanın meydandan qovduğu epizodda hakimə haqq qazandırıram. Həmin epizodda günah bizim futbolçumuzda olub.
- “Qəbələ” daha çox ciddi nizam-intizamlı komanda kimi tanınır. Lakin son vaxtlar futbolçularınız daha çox cəzalanırlar. Məsələn, “Standard”la oyunda İqor Melnik sizi çətin vəziyyətdə qoydu. Bu dəfə də Stolpa...
- Artıq komandanın baş məşqçisi Ramiz Məmmədova tapşırılıb ki, futbolçularla bu barədə danışsın. Digər tərəfdən mən bunu nizam-intizamın aşağı olması ilə əlaqələndirməzdim. Sadəcə, futbolçularımızın qələbə istəyi, mübarizə aparmaq həvəsi həddindən artıq çox olduğundan bu tip hallar yaşanır. Futbolçu qələbəyə o qədər istəkli olur ki, bəzən hakimin onun əlehinə qəbul etdiyi qərara çılğın şəkildə etiraz edib, qırmızı vərəqə alır.
- “Qəbələ”nin futbolçularına həddindən artıq vərəqələrin göstərilməsi də birmənalı qarşılanmır. Çoxları belə düşünür ki, burada qərəz də ola bilər. Yəni, “Qəbələ”nin oyunçularına daha çox vərəqə göstərib, onları cəzalı duruma salırlar. Nəticədə növbəti oyunlarda baş məşqçi bir-bir aparıcı futbolçuların xidmətindən məhrum olur, heyət qurmaqda çətinlik çəkir və nəticədə komandada eniş yanaşır.
- Vallah, bu, Azərbaycan futboludur, burada nə desəniz olar. Mən belə şeyləri istisna etmirəm. Amma əlimdə konkret kimlərinsə bizə qarşı bu cir iş apardığına dair fakt olmadığından konkret bir söz də deyə bilmirəm. Amma qeyd edim ki, əvvəlki illərə baxanda son vaxtlar hakimlərimizin idarəçiliyində inkişaf var. Ancaq çox istərdim ki, daha da yaxşı olsun. Çünki oyunun hansı məcrada keçməsi hakimin idarəçiliyindən birbaşa asılıdır. Məsələn, onun verə biləcəyi yalnış bir vərəqə, yaxud qərar bir anda böyük insidentə səbəb ola bilər.
- Necə düşünürsünüz, “Qəbələ” “altılığ”a vəsiqə qazana biləcək?
- Şansımız var. Amma indidən qəti söz demək olmaz. Çünki ilk 7 pillədə qərarlaşan komandalar arasındakı xal fərqi çox azdır. Biz üçüncü-dördüncü yerdə qəraraşan komandalardan 1 xal geri qalırıq. 7-ci pillədə qərarlaşan komandadan isə 2 xal irəlidəyik. Deməli, son ana qədər mübarizə aparmaq lazımdır və bunu da edəcəyik.
- Özünüz də qeyd etdiniz ki, 7 komanda “altılıq” uğrunda qızğın mübarizə aparır. Deməli, bir komanda istənilən halda kənarda qalacaq. Belə söhbətlər gəzir ki, həmin komanda da məhz “Qəbələ” olacaq. Yəni, “Qəbələ”ni “vuracaqlar”. Elə komandanızın futbolçularına verilən hədsiz vərəqələri bununla bağlayanlar da var.
- Şəxsən mən heç vaxt o fikirləri beynimdən keçirmədiyimdən heç bu haqda düşünməmişəm də. Odur ki, deyə bilmərəm bizə qarşı ya hakimlər, ya da başqa kənar qüvvələr tərəfindən təzyiqlər var, ya yox. Yalnız onu deyə bilərəm ki, hazırda “altılıq”da yer alan komandaların heç birindən zəif deyilik. Tək istəyim də odur ki, təmiz mübarizə getsin. Kim zəifdirsə, qıraqda da elə həmin komanda qalsın. Bəli, ilk 7 komandadan biri kənarda qalacaq. Əgər həqiqətən də mən görsəm ki, komandamız zəif olduğu üçün “altılığ”a düşə bilmədi, o zaman bunu reallıq kimi qəbul edəcəm. Kimin heyətində bahalı futbolçular varsa, bu deməkdir ki, həmin komanda mütləq “altlığı”a düşməlidir? Orada layiqli komandalar oynamalıdır, heyətində bahalı futbolçular olanlar yox.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi