Unibank Premyer Liqanın ardıcıl 4 oyununda qol vuran “Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Mario Souza “İnter”lə dünənki qarşılaşmadan sonra Qol.Az saytına müsahibə verib.
- İlk növbədə “İnter”lə oyun haqda fikirlərini bildirərdin.
- Oyun çox gərgin alındı. Birinci hissədə yaxşı oynadıq. Erkən qol da vurduq. Amma ikinci hissədə rəqib təşəbbüsü ələ keçirdi. Düşünürəm ki, bu da bizim günahımız ucbatından baş verdi. Yekunda da meydandan 1 xalla ayrılmalı olduq.
- Özün dedin ki, rəqib fasilədən sonra üstünlüyü ələ aldı. Bu nə ilə bağlıdır - taktiki gediş idi, yoxsa komanda fiziki cəhətdən çatdırmadı?
- Bizim fiziki cəhətdən heç bir problemimiz yoxdur. Bu baxımdan komandada hər şey qaydasındadır. Sadəcə, günah özümüzdə oldu. Həmin tempi saxlaya bilmədik. Öz səhvimizdir. Fikrimcə, hesabda öndə olarkən ikinci qolu vursaydıq, bəlkə də nəticə başqa cür də ola bilərdi.
- Bunun üçün imkanlarınız da oldu.
- Hə, bir-iki şansımız oldu. Yararlana bilmədik. Amma nə etmək olar? Bu, futboldur.
- Səfərdə oynadığınızı nəzərə alsaq, heç-heçəni “Xəzər Lənkəran” üçün uğurlu nəticə saymaq olar?
- Əlbəttə. Düzdür, biz həmişə qələbə üçün oynayırıq. Amma bir xal da bizim üçün yaxşı nəticədi. “İnter” zəif komanda deyil, çempionatın ən güclülərindən biridir. Bu komandadan 2 oyuna 4 xal almaq yaxşı göstəricidir. İnanıram ki, “altılıq”da bu xalların bizə çox köməyi dəyəcək.
- Meydanın ot örtüyünün süni olması nəticəyə nə dərəcədə təsir etdi?
- Həqiqətən də meydanın vəziyyəti çox pis idi. Ümumiyyətlə, süni meydanda oynamaq həmişə çətin olur. Buna uyğunlaşmaq üçün zamana ehtiyac var. Oyundan əvvəl 1-2 gün süni meydançda məşq edirsən ki, buna öyrəşəsən. Amma sonradan yenidən təbii ot örütüyünə qayıdırsan. Buna görə də süni meydanda oynamaq həmişə çətin olur.
- Həmişəkindən fərqli olaraq, bu dəfə Ağasəlim Mircavadov səni orta xətdə deyil, hücumun mərkəzində oynatdı. Yeni mövqedə özünü necə hiss edirdin?
- Mərkəz hücumçusu kimi çıxış etmək mənim üçün çətin idi. Bu zaman iki mərkəz müdafiəçisinin arasında qalırdım. Bu da istər-istəməz oyunuma mənfi təsirini göstərirdi. Amma baş məşqçimiz sağ olsun ki, meydanda mənə sərbəstlik vermişdi. İstədiyim kimi oynayırdın, yəni meydandan rahat idim. Bunun nəticəsində qol da vurdum.
- Qol vurduğun epizodu təsvir edə bilərsən?
- Svetkov qapıya güclü zərbə vurdu. “İnter”in qapıçısı topu qaytarsa da, dərhal özümü yetirdim. Lazımı anda lazımı mövqedə olmağı bacardım.
- Ardıcıl 4 oyundur ki, qol vurursan.
- Komandama fayda verdiyim üçün çox şadam. Amma bu qolları tək mənim adıma yazmaq düzgün olmazdı. Bunda bütün komanda yoldaşlarımın payı var. Onlar şərait yaratmasalar, necə qol vura bilərəm?
- 13 turdan sonra “Xəzər Lənkəran” turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Səncə, komandan artıq “altılıq”dakı yerini təmin edib?
- Yox, indidən bu haqda danışmaq çox tezdir. Çünki mübarizə davam edir. Sona 9 tur qalsa da, nəinki “Xəzər Lənkəran”, ümumiyyətlə heç bir komanda “altılığ”a düşməyi təmin etməyib. Növbəti turlarda hələ çox sürpizlər qeydə alına bilər.
- Çoxları cari mövsümün həddindən artıq gərgin keçdiyini əsas gətirərək, Premyer Liqanın səviyyəsinin qalxdığını bildirirlər. Bu fikirlə razısan?
- Əlbəttə. Hazırda Azərbaycan futbolunda inkişaf gedir. Komandaların hər biri digərindən xal almağa qadirdir. BugünAzərbaycan çempionatında yüksəksəviyyəli futbolçular, eləcə də məşqçilər var. Bəzi məşqçilər bəzən elə gedişlər edirlər ki... Oyunların gərgin keçməsi də səviyyənin qalxmasına sübutdur.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?