“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Turan” - “Neftçi” oyunu öncəsi Qol.Az-a verdiyi müsahibəsində sabahkı qarşılaşma və bu komandaların iştiraki ilə hələ 15 il əvvəl idarə etdiyi dramatik qarşılaşmadan danışıb.
- Tahir müəllim, “Turan” - “Neftçi” qarşılaşmaları daim öz gərginliyi ilə seçilib. Öncə elə bundan başlayaq...
- Bəli, elədir. Mən də hələ hakim olanda “Turan”ın iştirakı ilə olan oyunları idarə etmişəm. Düzdür, bu, 1993-cü ildən sonra baş verib. Çünki həmin dövrə kimi mən, ümumiyyətlə, Azərbaycanda deyildim. 1994-cü ildən etibarən isə Azərbaycan çempionatında hakimliyə başladım və dediyim kimi, “Turan”ın iştirakı ilə bir sıra gərgin, dramatik oyunları idarə etmişəm.
- Həmin oyunlardan biri də 1995-ci ilə təsadüf edib. İstərsəniz həmin matça yenidən qayıdaq.
- Ondan əvvəl 1993-cü ildə bu iki komanda arasında qalmaqallı oyun olmuşdu. Ümumiyyətlə, bir şeyi deyim ki, o vaxtı “Turan”a qarşı federasiya tərəfindən haqsızlıqlar çox olurdu. Həmin vaxt Tovuz klubuna Vidadi Əhmədov rəhbərlik edirdi. Bu haqsızlıqların nəticəsi idi ki, Tovuzda heç bir hakimə yaxşı münasibət göstərmirdilər. Yəni, belə deyək, inam yox idi. Yeganə hakim mən idim ki, orada pis münasibət görmürdüm. Bir sözlə, Tovuzda heç bir problemim yox idi və ola da bilməzdi.
- Deməli, bu amil həmin oyuna təyin olunmağınıza səbəb olmuşdu?
- Bəli. Az öncə qeyd etdiyim kimi, mən “Turan”ın “Neftçi” ilə yox, digər prinsipial oyunlarını da idarə edirdim. Təbii ki, Tovuzda keçirilən oyunlardan söhbət gedir. Hətta bəzən özüm də etiraz edirdim ki, niyə Tovuza ancaq məni göndərirsiniz, məgər başqa hakim yoxdur? Ancaq sonradan anladım ki, AFFA-nı da başa düşmək lazım idi. Çünki Tovuzda başqa heç bir hakimi yaxşı qəbul etmirdilər.
- Gələk konkret oyuna...
- Bəli, 1995-ci ilə təsadüf edən həmin oyun çox dramatik və gərgin keçmişdi. Həmin vaxt “Turan”ın baş məşqçisi Kazbek Tuayev, “Neftçi”nin baş məşqçisi isə Vaqif Sadıqov idi. Hər iki komanda çempionluğa oynayırdı. Özü də hər ikisinin heyətində o vaxt üçün Azərbaycan futbolunun qaymaqları oynayırdılar. Yalnız legioner həyatı yaşayan Nazim Süleymanovla Vəli Qasımov istisna idi. Oyunda hesabı “Neftçi” açdı. Qolu isə Yunis Hüseynov vurmuşdu. Komandalar fasiləyə bakılıların 1:0-lıq üstünlüyü ilə yollandılar. İkinci hissədə isə “Turan” iki qol vuraraq qalib gəldi. Öncə Musa Qurbanov hesabı bərabərləşdirdi. Ardınca isə Sakit Alıyev Elxan Həsənovun qoruduğu qapıdan ikinci topu keçirdi. Həmin qola “Neftçi”nin oyunçuları kəskin etiraz etdilər. Onların fikrincə, top qapı xəttini keçməmişdi. Yan xətt hakimi Sabir Haciyev də həmin epizodda qolu yox, küncdən zərbəni qeydı almışdı. Bu arada haşiyəyə çıxaraq qeyd edim ki, hazırda həmin Hacıyev də “Neftçi”nin inzibatçısı vəzifəsini daşıyır. Lakin mən bütün məsuliyyəti üzərimə götürərək topun qapı xəttini keçdiyini bildirdim və qolu hesaba aldım. Arzu edərdim ki, bizim bugünkü hakimlərimiz də, o cür qətiyyətli olsunlar və o cür mübahisəli epizodlarda məsuliyyəti köməkçilərinin üzərinə atmaqdansa, öz üzərlərinə götürsünlər.
- Dediniz ki, “Neftçi” etiraz etdi, amma sonradan düzgün qərar qəbul etdiyiniz məlum oldu.
- Bilirsiniz, o vaxtı KİV-in futbola münasibəti indiki kimi deyildi. Saytları və portalları qoyun bir kənara, heç futbol qəzetləri demək olar yox idi. Oyunlar bir kamera ilə çəkilirdi. Yalnız AzTV-də efirə gedən “Virtouz” verilişində həmin epizod təkrar-təkrar göstərildi və topun həqiqətən də qapı xəttini keçdiyi və mənim düzgün qərar qəbul etməyim öz təsdiqini tapdı.
- Sabahkı oyuna qayıdaq. Bilirik ki, bir vaxtlar “Turan”ın vitse-prezidenti işləmisiniz. Bu mənada, qarşılaşmanın şəxsən sizin üçün prinsipial əhəmiyyət daşıdığını düşünənlər də var. Özünüz hansı fikirdəsiniz?
- Mən “Turan”dan başqa “Qarabağ” klubunda da rəsmi vəzifə daşımışam. “Turan” mənim rəhbər post tutduğum ilk klubdur. Tovuz futboluna və futbolsevərlərinə həmişə böyük hörmətim olub və bu gün də var. Eyni zamanda oradada özümə qarşı həmişə hörmət görmüşəm. Bu gün də “Turan” rəhbərliyində çalışan insanlarla xoş münasibətimiz var. Bir vaxtlar o klubda işləməyim o demək deyil ki, həmin kluba qarşı prinsipiallığım var. Hazırda “Turan”ın baş məşqçisi Nizami Sadıqov o cümlədən futbolçuları Nadir Nəbiyev, Ruslan Abbasov da bir vaxtlar “Neftçi”nin şərəfini qoruyublar. Yəni, bu, futboldur və futbolda belə şeylər normaldır. Mənim üçün prinsipiallıq meydanda olur. Meydandan kənarda keç bir prinsipiallıqdan söhbət gedə bilməz. -
Sonda. Sabahkı oyundan nə gözləyirsiniz?
- Çətin oyun olacaq. Qoy, kim güclüdür, o da qalib gəlsin.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?