“Qalatasaray” bu dəfə də “Panatinaykos”u məğlub etdi

“Qalatasaray” bu dəfə də “Panatinaykos”u məğlub etdi
DÜNYA FUTBOLU 4 Dekabr 2009 / 02:12 3210
-  A +

Avroliqanın qrup mərhələsində beşinci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, “Fənərbaxça”nın ardınca Türkiyənin turnirdəki digər təmsilçisi “Qalatasaray” da sona bir tur qalmış qrup birinciliyini özü üçün təmin edib. Öz meydanında Yunanıstanın “Panatinaykos” klubunu qəbul edən “Qalatasaray”a 3 xal lazım idi. Nəticə istanbulluların istədiyi kimi alındı. Mustafa Sarpın 50-ci dəqiqədə vurduğu qol qarşılaşmada yeganə oldu. Xatırladaq ki, bu komandalar arasında baş tutan ilk matçda da “Qalatasaray” səfərdə rəqibinə 3:1 hesabıyla qalib gəlmişdi. Bugünkü qələbədən sonra “Qalatasaray” xallarının sayını 13-ə yüksəltdi. İkinci pillədə qərarlaşan yunanların 9, bu gün “Şturm”a 2:1 hesabıyla qalib gələn “Dinamo”nun (Buxarest) isə 7 xalı var. Bu qrupda ikinci pillənin sahibi məhz son turda oynanılacaq “Panatinaykos” - “Dinamo” oyunundan sonra məlum olacaq. “Cim-bom” isə son turda heç bir iddası qalmayan və aktivində cəmi 1 xalı olan “Şturm”un qonağı olacaq.


 


Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə