Milli komandamızın kapitanı, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Qol.Az saytına müsahibə verib
- Başlayaq “Turan”la sonuncu oyundan. İlk dövrədə olduğu kimi, bu dəfə də “Qarabağ” çətin qələbə qazandı. Oyunun bu cür gərgin keçəcəyini gözləyirdin?
- Cari mövsümün demək olar ki, bütün oyunları gərgin keçir. Komandaların hamısı meydana yalnız qələbə qazanmaq üçün çıxırlar. “Turan” turnir cədvəlində bir qədər aşağı pillədə qərarlaşmasına baxmayaraq, zəif komanda deyil. Sonuncu oyunda onlar bunu bir daha sübuta yetirdilər. Oyuna “Qarabağ” yaxşı başlamışdı. Komandamız hesabı açmaq üçün 2-3 şans da yaxaladı. Lakin bundan istifadə edə bilmədik. Nəticədə bizi əks hücumda yaxalayan “Turan” hesabı açdı. Fasilədən sonra komanda toparlandı. Oyunda üstünlüyü ələ aldıq və Vüqarın vurduğu 2 qol sayəsində çox önəmli qələbə qazandıq.
- Müəyyən fasilədən sonra “Turan”la oyunda yenidən yaşıl meydana qayıtdın. Təəssüratların necədir?
- Allaha şükürlər olsun ki, yenidən meydana qayıda bildim. Təbii ki, buna görə çox sevindim. Futbol üçün çox darıxmışdım. “Turan”la oyunda meydana çıxdığım üçün şad oldum. Bir daha bu cür meydandan kənarda qalmağı istəmirəm.
- Keçən dəfə “Qəbələ”ylə oyunda meydana çıxdıqdan sonra ayağında ağrılar hiss etdin. Bu dəfə eyni hal baş vermədi ki?
- Yox, şükürlər olsun ki, bu dəfə özümü daha yaxşı hiss edirdim. Meydanda hər hansı bir narahatlıq keçirmədim. Hər şey yaxşı oldu. Düzdür, ideal formada deyiləm. Bunun üçün zamana ehtiyac var. Amma inanıram ki, tezliklə bu problemi də yoluna qoyacağam.
- Ümumiyyətlə, hazırda tam gücünlə məşq edə bilirsən? Yoxsa yenə də müəyyən qədər ağrılar var?
- Yox, heç bir problemim yoxdur. “Turan”la oyundan əvvəlki günlərdə də komandayla birgə məşq edirdim, elə indi də. Artıq ayağımda demək olar ki, ağrı hiss etmirəm. Hər şey yaxşıdır. Məşqlərdə də tam gücümlə çalışa bilirəm. -
Sonuncu turun digər oyunlarını izləyə bildin?
- Hə, “Bakı” - “Xəzər Lənkəran” oyununa baxdım. Qarşılaşma çox maraqlı keçdi. Hər iki tərəf qələbəyə oynayırdı. Bu da oyunu maraqlı edən cəhətlərdən biri idi. Yekunda da elə alındı ki, məhz “Xəzər Lənkəran” qalib gəldi.
- Ümumiyyətlə, bu və ya hansısa digər oyunda gözləmədiyin nəticə qeydə alındı?
- Ümumi götürdükdə elə bir sürpriz nəticə ilə qarşılaşmadıq. Lakin “Bakı”nın “Xəzər Lənkəran”a o cür böyükhesabla uduzacağını gözləmirdim. Lakin bayaq da dediyim ki, oyun gərgin alındı. Hər iki tərəf üç xal üçün oynayırdı.
- 12 turdan sonra “Qarabağ” “İnter”lə birgə çempionatın şərikli lideridir. Necə düşünürsən, “Qarabağ”ın “altılıq”da yerini artıq təmin etdiyini söyləmək olar?
- Məncə, bu haqda danışmaq hələ tezdir. Çünki qarşıda bizi bir-birindən gərgin oyunlar gözləyir. Çempionatın sonuna 10 tur var. Bu müddət ərzində isə gözlənilməz nəticələrlə qarşılaşmağımız mümkündür. Həm də bu gün komandalardan heç biri digərinə asanca uduzmur. Ona görə indidən təkcə “Qarabağ”ın deyil, başqa hansısa bir klubun da “altılığ”a düşdüyünü demək məncə yalnışlıq olardı.
- Növbəti turda sizi səfərdə “Qəbələ” ilə çətin oyun gözləyir. Rəqibin cari mövsümdə inamlı çıxış etməsi və hazırda ilk “altılıq”da qərarlaşması bu oyunun əhəmiyyətini daha da artırır.
- Düzdür. Mən elə sizin vasitənizlə Ramiz Məmmədovu təbrik etmək istərdim. O çöx gözəl və güclü kollektiv formalaşdıra bilib. Cari mövsümdə “Qəbələ” rəqiblərindən demək olar ki, heç nəylə geri qalmır. Elə ilk dövrədə də Quzanlıda 1 xal qazanmaları komandanın güclü olduğunu göstərdi. Budəfəki matç daha da çətin olacaq. Çünki biz bu dəfə səfərdə çıxış edəcəyik. Heyətlə bağlı bir sıra problemlərimiz var. Elvin Məmmədov zədələnib və qarşıdakı matçı buraxacaq. Digər tərəfdən bəzi futbolçularımız qripə yoluxublar. Vaqif Cavadov, Vüqar Nadirov hələ komandayla birgə məşq etmirlər. Oyuna isə 3 gün qalıb. Bununla belə, səfərdə uğurlu nəticə qazanmağa çalışacağıq.
- Budəfəki oyunda səni start heyətində görə biləcəyik, yoxsa yenə də ikinci hissədə meydana daxil olacaqsan?
- İndi bunu dəqiq deyə bilmərəm. Çünki baş məşqçimiz Qurban Qurbanov da mənə bu haqda heç nə deməyib. Mən məşqlərdə tam gücümlə çalışıram. Yekun qərarı isə təbii ki, baş məşqçimiz qəbul edəcək.
- Son günlər mətbuatda qışda yenidən Türkiyəyə qayıdacağın barədə xəbərlər yayılıb. İstərdik bu məsələyə aydınlıq gətirəsən.
- Bu sualı veməyiniz lap yerinə düşdü. Mən özüm də bu haqda açıqlama vermək istəyirdim. Çünki mənim dediklərim yalnış anlaşılıb. Mən heç kimə deməmişəm ki, qışda Türkiyəyə gedəcəyəm və ya hansısa klubdan təklif gözləyirəm. Bu xəbərlər həqiqəti əks etdirmir. Çünki mən “Qarabağ”ın futbolçusuyam və indi məni yalnız bu klubun uğurları düşündürür. Qışda Türkiyəyə getməyi də düşünmürəm.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?