“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytına müsahibə verib.
- Tahir müəllim, son oyunlarda ardıcıl alınan uğurlu nəticələrdən sonra “Neftçi”nin öz meydanında “Olimpik-Şüvəlan”la matçda qələbə qazana bilməməsi bir qədər gözlənilməz oldu.
- Sizin də qeyd etdiyiniz kimi, son oyunlarda komandamız çox yaxşı çıxış edirdi. Xüsusən “Bakı”, “İnter” və “Xəzər Lənkəran”la matçlarda qazandığımız nəticələr bizi sevindirirdi. “Olimpik-Şüvəlan”la oyunda da qələbə qazanmaq istəyirdik. Hər bir oyuna olduğu kimi bu matça da çox ciddi hazırlaşmışdıq. İstəyimiz meydandan 3 xalla ayrılmaq idi. Lakin təəssüf ki, qələbə qazana bilmədik. Bunun da bir sıra səbəbi var. Birincisi, ardıcıl ağır oyunlardan sonra komandada bir qədər yorğunluq yaranmışdı. Bu da məhz “Olimpik-Şüvəlan”la qarşılaşmada özünü biruzə verdi. Digər tərəfdən, başda Zaur Tağızadə olmaqla bir sıra aparıcı futbolçumuzun yoxluğu da nəticəyə öz təsirini göstərdi. Düşünürəm ki, komandamızın bəxti də gətirmədi. Bir neçə qol imkanımız olsa da, bunlardan istifadə edə bilmədik. Oyundan sonra “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov da bəxtlərinin gətirdiyini etiraf etdi.
- Komandanızın baş məşqçisi Vaqif Sadıqov bildirdi ki, “İnter”lə oyundan sonra futbolçularda bir qədər arxayınçılıq yaranmışdı və bu səbəbdən də “Neftçi” “Olimpik-Şüvəlan”la matçda xal itirdi. Bu fikirlə razısınız?
- Bəli. Onun sözündə həqiqət var. Son oyunda xal itirməyimizdə bu amilin də rolu oldu. Lakin çalışacağıq ki, bir daha bu cür səhv təkrarlanmasın.
- Son oyunlardan fərqli olaraq, bu dəfə “Neftçi” rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul etdi. Xal itkisində stadion amilinin nə dərəcədə rolu oldu?
- Komandamızın futbolçuları həm oyundan əvvəl, həm də sonra bu haqda öz fikirlərini bildiriblər. Axı xal itkisini stadionla necə əlaqələndirmək olar? Bakıxanov qəsəbəsindəki stadionun da ot örtüyü mükəmməl səviyyədədir. Mən deyərdim ki, bu arena ot örtüyünün vəziyyətinə görə ölkədə ən yaxşılardan biridir. Əgər meydançanın vəziyyəti bərbad halda olsaydı və bu, texnikalı futbolçuların öz oyunlarının sərgiləməsinə imkan verməsəydi, o zaman bu fikirlərlə razılaşmaq olardı.
- Amma siz oyundan əvvəl “Olimpik-Şüvəlan”a müraciət edərək, matçın vaxtının dəyişdirilməsini və nəticədə görüşün Respublika stadionunda keçirilməsini istəmişdiniz.
- Həqiqətən də biz oyundan bir neçə gün əvvəl belə bir istəklə çıxış etmişdik. Lakin həmin vaxt “Olimpik-Şüvəlan” klubunun rəhbərliyi bizə cavab məktubu yazaraq, bununla razılaşmadıqlarını bildirdilər. Fikirlərini də belə əsaslandırdılar ki, komandaya yeni baş məşqçi təyin olunub və buna görə də onun komandanı oyuna daha yaxşı hazırlaması üçün mümkün qədər çox vaxta ehtiyac var. Biz də bununla razılaşdıq və rəqibimizi anlayışla qarşıladıq.
- “Olimpik-Şüvəlan” meydana yeni baş məşqçi ilə çıxmışdı. Sizə elə gəlmir ki, məhz bu səbəbdən həmin günü rəqibinizin oyunçuları daha istəkli idilər?
- Həqiqətən də elədir. Nazim Süleymanovun debüt matçı olduğundan futbolçular meydanı xalla tərk etmək istəyirdilər. Buna görə bütün güclərini ortaya qoydular və nəticədə istəklərinə çatdılar da.
- Növbəti turda komandanız səfərdə “Turan”la qarşılaşacaq. Bu oyun haqda nə düşünürsünüz?
- “Turan”la oyuna çox ciddi hazılaşırıq. Komanda ardıcıl iki oyunda xal itirə bilməz. Bu səbəbdən Tovuza qələbə dalınca yollanacağıq.
- Sonuncu oyundakı xal itkisini komanda üzvləriylə birgə müzakirə etdiniz?
- Demək olar ki, hər oyundan sonra komandamızın prezidenti Əkbər Hacıyevlə görüşərək, komandanın çıxışını müzakirə edirik. Dünən də komandamızın ümumi toplantısı baş tutdu. Burada hər kəs çıxış edərək, öz fikrini bildirdi. O cümlədən də mən. Ümumi fikrimiz, istəyimiz isə budur ki, komandadakı çatışmazlıqları tezliklə yoluna qoyub, “Neftçi”ni layiq olduğu yerlərə qaldıraq.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?