"Qarabağ"ın futbolçusu Elvin Yunuszadə Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "İnter"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiniz?
- "İnter" öz dəsti-xətti ilə seçilən komandadır. Onlara qarşı oynamaq asan deyil. Komanda yaxşı futbolçulara malikdir. Bu görüşün bizim üçün çətin olacağını bilirdik. Sevinirəm ki, qalib gəldik. İkinci hissə ilə müqayisədə ilk yarıda daha yaxşı çıxış etdik. Səhvlərimiz oldu, amma çalışacağıq ki, qarşıdakı oyunlarda onları düzəldək.
- "Qarabağ"la yanaşı, "Zirə" də çempionatın startından bu yana məğlub olmayıb və növbəti turda onlarla qarşılaşacaqsınız...
- Çempionatımız doğrudan da güclüdür. Heç bir komandaya qarşı rahat qalib gələcəyini deyə bilməzsən. Ona görə hər bir komandaya qarşı mübarizə aparmaq lazımdır. "İnter"lə oyuna çıxmamışdan əvvəl və sonra Qurban Qurbanov bizə dedi ki, qalib gəlməyimiz üçün gərək bu oyuna "Anderlext"dən də ciddi yanaşasınız. Bilirik ki, "Zirə" ilə də çətin oyun olacaq. 7 oyundur məğlub olmurlar və motivasiyaları güclüdür. Həmin oyuna qədər vaxtımız var və hazırlaşacağıq.
- Baş hakim Elvin Əsgərovun "İnter"in qapısına penalti təyin etməsi qərarı ilə bağlı mövqeyiniz necədir?
- Ümumiyyətlə, bu barədə heç nə deyə bilmərəm. Çünki həmin epizoda çox uzaq idim.
- Demək olarmı ki, penalti deyildi?
- Elvin topu qırağa bir az möhkəm vurdu. Biz özümüz də ondan soruşduq ki, niyə möhkəm vurdun? Çünki kənardan belə başa düşə bilərlər ki, vura bilmədin. Amma epizoda yaxın olan uşaqlardan soruşduqda dedilər ki, penalti yox idi. Buna baxmayaraq hakimdir, nə qərar verirsə, olmalıdır.
- "Neftçi" ilə oyunda da "Qarabağ"ın lehinə şübhəli penalti təyin olunub. Artıq "Qarabağ"ın xeyrinə verilən ikinci şübhəli penaltidir...
- Əslində, o penalti veriləndə 1:0 hesabı ilə öndə idik və oyunun bitməsinə 1 dəqiqə qalmışdı. Bizim üçün də düz gəlməzdi ki, söz-söhbət olsun. Hər kəsin fikri oraya yönələcək. Bizə isə bu, lazım deyildi. Söz-söhbət olsaydı, hamı 1:0 hesabını yaddan çıxarıb penaltidən danışacaqdı.
Mənbə: report.az
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır
2-ci liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
"Neftçi"yə qayıtdı - Rəsmi
"Şəfa" ev oyunlarını bu stadionda keçirəcək
Mourinyodan Arda Güler qərarı
"Turan Tovuz" onunla müqaviləni uzatdı
"Atletiko"dan "Barselona"nın təklifinə rədd cavabı
Almaniya Superkuboku oyununun vaxtı məlum oldu
"Şəfa" baş məşqçisi ilə yolları ayırıb - Klubdan açıqlama
Kasper Şmeyxel karyerasını başa vurdu
"Kəpəz" Rəhman Hacıyevlə müqaviləni uzatdı
ABŞ millisinin DÇ-2026 heyəti
Niderlandlı hücumçu "Roma"da qaldı - Rəsmi
Rafael Benitezi o əvəzlədi
Onlar da DÇ-2026 üçün yekun heyəti açıqladılar
“Real”da seçki günü müəyyənləşdi
Nə Arteta, nə də Qvardiola - İlin məşqçisi Lempard oldu
Modriç DÇ-2026-dan sonra keriyerasını başa vuracaq
Türkiyə millisinin üzvü "Borussiya"dan getdi - Rəsmi
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır