21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandaları ilə oyun ərəfəsində AFFA-nın rəsmi saytına müsahibə verib.
- Bir neçə gündən sonra səfərdə Avstriya yığması ilə qarşılaşacaqsınız. Oyunöncəsi komandada vəziyyət necədir?
- Bu gün Avstriyaya yola düşürük. Sabahdan məşqlərə başlayacağıq. Təvəllüdü uyğun gələn və müəyyən mənada fərqlənən futbolçulara dəvət göndərmişik. Çox təəssüf ki, bəzi futbolçular müəyyən səbəblərdən komandaya qoşula bilməyiblər.
- Hansı futbolçuların xidmətindən yararlana bilməyəcəksiniz?
- Əsas heyətin üzvləri – Elşən Abdullayev, Coşqun Diniyev, Orxan Əliyev və Seymur Əsədov zədəli olduqları üçün bizə kömək edə bilməyəcəklər. Həmçinin şəxsi işləri ilə əlaqədar Vüqar Mustafayev Bakıda qalır. Elnur Cəfərov isə əsas millinin düşərgəsinə dəvət olunduğu üçün onun xidmətindən yararlana bilmirik.
- Yığmamız Bakıda keçirdiyi ilk iki oyunda məğlub oldu. Bu məğlubiyyətlərdən sonra futbolçuları psixoloji cəhətdən hazırlamaq istiqamətində hansı işləri görmüsünüz?
- Toplanışımız bu gün başlayır. Qarşıdakı günlərdə futbolçuların hər bir ilə həm fərdi, həm də ümumi söhbətlərimiz olacaq. Həmin məğlubiyyətləri unutmaq lazımdır. Həyat davam edir. Bizi qarşıda daha iki oyun gözləyir. Hər iki oyun çox vacibdir. Hazırlaşmaq lazımdır.
- Avstriya yığması ilə Bakıdakı oyundan əvvəl rəqib haqda geniş məlumatınız yox idi. Artıq rəqibi daha yaxşı tanıdığınızı, güclü və zəif cəhətlərini bildiyinizi demək olarmı?
- Açığı, heyətlə bağlı olan problemlərimiz işimizi xeyli çətinləşdirir. Bu futbolçuların yoxluğu oyunumuza mənfi mənada öz təsirini göstərəcək. Ola bilər ki, oyun sistemində müəyyən dəyişikliklər edək. Rəqibin oyunlarına dəfələrlə baxmışam. Necə futbol oynadıqlarını bilirik. Çalışacağıq ki, onlara qarşı öz oyunumuzu quraq.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video