"Rəqibimiz təkcə "Qarabağ" deyil" – Ruslan Abışov

"Rəqibimiz təkcə "Qarabağ" deyil" – Ruslan Abışov
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2015 / 11:07 4718
-  A +

"Bir müddət "Xəzər Lənkəran"ın düşərgəsində oldum. Bilirəm ki, belə vəziyyətdə onlara oynamaq çətindir. Açığı belə məğlub olacaqlarını gözləmirdim. Çünki "Xəzər Lənkəran"da yaxşı və sürətli futbolçular var. Onların bu hesabla uduzmasını istəməzdim. Bu məğlubiyyət futbolçulara çox pis təsir edəcək".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Ruslan Abışov Premyer Liqanın 6-cı turunda "Xəzər Lənkəra" 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Millimizin üzvü Premyer Liqada tək rəqiblərinin "Qarabağ" olmadığını bildirib: Çempionatda komandaların səviyyəsi bərabər olmalıdır ki, oyunlar da maraqlı ve sürətli alınsın. Demək olmaz ki, çempionatda tək rəqibimiz "Qarabağ"dır. "İnter", "Zirə" və digər klublar da iddialıdır. Mövsümün sonuna doğru onlardan da sürpriz gözləmək olar".
 
Millimizin "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağı İtaliya ilə oyuna da toxunan Abışov deyib: "Qarşıda milli komandanın toplanışı var. Açığı, Olimpia stadionunda oynamaq üçün səbirsizlənirəm. Mənim üçün də maraqlıdır ki, yeni stadion komandaya necə təsir göstərəcək və azarkeşler stadionu doldura biləcəkmi?".

Daha çox


Son xəbərlər